Ermənistanın Rusiyadakı yeni səfiri partiya sədrliyindən İMTİNA ETDİ
Ermənistanın Rusiyadakı yeni səfiri Qurgen Arsenyan yaratdığı "Birləşmiş Əmək Partiyası"nın sədri vəzifəsindən imtina etdiyini açıqlayıb.
KONKRET.az "Sputnik-Ermənistan" nəşrinə istinadən xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb.
Səfir bu qərarını diplomatın daxili siyasi məsələlərlə bağlı fikir bildirmək və ictimai müzakirələrdə çıxış etmək imkanlarını məhdudlaşdıran siyasi təmkin prinsipi ilə izah edib.
Arsenyan parlamentdəki 15 illik fəaliyyətinin əhəmiyyətini qeyd edib (Arsenyan öz partiyasından, sonra "Çiçəklənən Ermənistan"dan, 2021-ci ildən isə "Vətəndaş müqaviləsi"ndən deputat olub).
O, səmərəli komanda işinə görə "Vətəndaş müqaviləsi"nin parlamentdəki fraksiyasına minnətdarlığını bildirib.
Xatırladaq ki, Qurgen Arsenyan avqustun 14-də Ermənistanın Rusiyadakı səfiri təyin edilib. O, bu vəzifədə Vaqarşak Arutyunyanı (Ermənistanın keçmiş müdafiə naziri, 2022-ci ilin yanvarından səfir vəzifəsində çalışıb) əvəz edəcək. Son zamanlar Arsenyan bir sıra anti-Rusiya bəyanatları ilə çıxış edib.
Natiq Səlim,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb
2027-ci ildə minlərlə ailənin həyatını dəyişəcək qərar