Ermənistanın yüksəklikləri ələ keçirmək arzusu – "Ordumuz bu mövqelərdən…"
Ermənistan Xarici İşlər Nazirliyi "Azadlıq" radiosunun sorğusuna cavabında bildirib ki, İrəvan Minsk prosesinin ləğvi məsələsinə sülh müqaviləsinin bağlanması kontekstində baxa bilər.
KONKRET.azxəbər verir ki,mövzu ilə bağlı danışan politoloq Elxan Şahinoğlu deyib ki, rəsmi İrəvan "Minsk qrupu" məsələsində israr etmir, sadəcə birtərəfli güzəşt kimi olmasın deyə bu mövzunu danışıqlarda alver predmetinə çevirmək istəyir:
Yəni demək istəyirlər ki, "biz Sizin istəyinizə uyğun olaraq Minsk Qrupundan imtina etsək, bunun qarşılığında Siz də bizim istəklərimizdən birini yerinə yetirməlisiniz".
Ermənistan hökumətinin əsas istəklərindən biri budur ki, Azərbaycan Ordusu şərti sərhəddəki strateji yüksəkliklərdən geri çəkilsin. Bu, mümkün deyil. Birincisi, sərhədin müəyyənləşməsi prosesi illərlə uzanacaq və bu sülh sazişindən ayrı aparılan danışıqlar prosesidir. İkincisi, Azərbaycan Ordusunun nəzarət etdiyi strateji yüksəklikləri "Minsk Qrupundan imtina" bəndi ilə tərəzinin eyni gözünə qoymaq olmaz, birinci dəfələrlə ağır gələcək. Ermənistanın Minsk qrupundan imtina etməməsinin Azərbaycana böyük zərəri yoxdur, strateji yüksəkliklər isə bizə Ermənistan üzərində böyük üstünlük qazandırıb, bundan imtina mümkün deyil. Ermənistan hökuməti Azərbaycanla sülh sazişi imzalamaq istəyirsə, Konstitusiyasında ölkəmizin ərazi bütövlüyünə iddianı əks etdirən bəndlərdən imtinaya hazırlaşmalıdır. Bizim üçün konseptual məsələ budur"./Globalinfo.az

Bir qrup dövlət qulluqçusu təltif edildi - SƏRƏNCAM
Numan Kurtulmuş Azərbaycandadır - Foto
Azərbaycanda bu şəxslər iki min manatdan çox maaş alır
Ronaldo rekorda imza atdı
Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq
Azərbaycanlı qız Gürcüstanda faciəvi şəkildə öldü
Livan və İsrail arasında danışıqların beşinci raundu başladı
Övladının həyatını təhlükəyə atmışdı - Saxlanıldı
"Land Cruiser" motosikletə çırpıldı - Kuryer öldü
Putin: Moskva Ukrayna ilə danışıqlara hazırdır
Trampdan İranla sazişi tənqid edənlərə qəribə tövsiyə
İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Azərbaycandadır
Dənizdə batmamaq üçün bu qaydalara əməl edilməlidir
Dənizdə batan Pərviz Məcidovun atası: 'Bir-birini xilas etmək istəyiblər, hamısı boğulub