Əsədin devrilməsində Türkiyənin rolu var? - Konkret cavab

Əsədin devrilməsində Türkiyənin rolu var? - Konkret cavabTürkiyənin xarici işlər naziri Hakan Fidan Suriyadakı son hadisələrdə Türkiyənin heç bir rolunun olmadığını bildirib.
KONKRET.az xəbər verir ki, bu barədə nazir Səudiyyə Ərəbistanı mətbuatına açıqlama verib.
Nazir Fidan Əsədin devrilməsinə və Suriyadan qaçmasına Türkiyənin şərait yaratdığına dair iddialarla bağlı suala belə cavab verib:
"Xeyr, bu, qətiyyən doğru deyil. Bu, bizim edəcəyimiz bir iş deyil. Bunu ruslar özləri açıqladılar, bunu onlar təşkil edib və həyata keçirdilər. Burada Türkiyənin heç bir rolu yoxdur. Türkiyə heç vaxt belə bir prosesin bir parçası olmayıb. Biz heç bir ölkə və ya qrupla bir araya gələrək belə bir planlama və iş görməmişik" .
Qeyd edək ki, nazir açıqlamasında Türkiyədəki suriyalılardan da danışıb.
"Suriyada bu çətin dövr başlayanda şimaldakı Suriya müxalifəti Türkiyəyə arxalandı və xüsusən də milyonlarla köçkün Türkiyəni vətən kimi gördü, öz yurdu kimi gördü. Biz onları qucaq açıb qarşıladıq. Təbii ki, Suriya müxalifətinin Türkiyədə yer tapması və işləməsi vacib idi. Türkiyə Suriya müxalifətinə problemin konstruktiv şəkildə həllinə kömək etmək üçün xüsusilə çox çalışıb. Astana Prosesi bu baxımdan son dərəcə vacib idi, lakin təəssüf ki, Əsəd rejimi bu həllə yanaşmadı və bir tənlik arasında qaldı: ya hakimiyyəti öz xalqı ilə bölüşəcək, sülh bağlayacaq ya da onu öz xalqına qarşı müdafiə edəcək xarici hegemonlarla və güclərlə mübarizə aparacaqdı" ./milliaz

Siyasi       Tarix: 16 dekabr 2024
f Paylaş

Oxşar xəbərlər

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir

ABŞ demokratlarında parçalanma: Heyli Stivens niyə öz partiyasının namizədindən üz döndərdi?

Ceyms Kirçik "The Free Press" nəşrində yazır:. İki il əvvəl Miçiqan ştatından demokrat konqresmen Elissa Slotkin ABŞ Senatına namizədliyini irəli sürərkən keçmiş həmkarı, respublikaçı Liz Çeyninin dəstəyini qürurl

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR

8 Noyabr – Qarabağ Zəfərinin ildönümü həftəsində İstanbulda yaşayan azərbaycanlı uşaqlar üçün mühüm sosial layihə həyata keçirilib. xəbər verir ki, Türkiyədə bu miqyasda və formatda ilk dəfə təşkil olunan layihə çərçivəsind

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib


son xeberler yeni xeberler azerbaycan xeberleri şou biznes xəbərləri xeber.az 2026 kriminal xeber son xabar