Estetik əməliyyatlar məhdudlaşdırılır? – Qadağalar tətbiq oluna bilər

Estetik əməliyyatlar məhdudlaşdırılır? – Qadağalar tətbiq oluna bilərSon illər estetik əməliyyatlara marağın artması cəmiyyətdə yeni bir tendensiya formalaşdırıb. Əgər əvvəllər yalnız burun əməliyyatları üstünlük təşkil edirdisə, bu gün bədənşəkilləndirmə, liposaksiya, sinə dikləşdirmə kimi müxtəlif müdaxilələr geniş yayılıb. Məsələ o həddə çatıb ki, artıq bu əməliyyatlara ictimai təpki yaranıb. Xeyli məşhur simalar, əsasən də bəylər buna irad bildirməyə başlayıblar.
Estetik əməliyyatların sayının artması və bəzi hallarda ölüm risklərinin olması nəzərə alınarsa, bu məsələnin Milli Məclisdə müzakirəyə çıxarılması və bəzi əməliyyatların qadağan olunması mümkündürmü?
KONKRET.az xəbər verir ki, Globalinfo.az-a danışan Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib ki, hüquqi baxımdan dövlətin ictimai sağlamlığı qorumaq məqsədilə tibbi xidmətləri tənzimləmək səlahiyyəti mövcuddur.
Onun sözlərinə görə, bu çərçivədə riskli və ya elmi əsaslara söykənməyən tibbi müdaxilələrin məhdudlaşdırılması mümkündür:
"Lakin estetik cərrahiyyənin bütövlükdə qadağan edilməsi nə tibbi, nə də hüquqi baxımdan məqsədəuyğun hesab edilə bilməz. Çünki bu sahə yalnız estetik məqsədlərlə deyil, eyni zamanda psixoloji rifahın yaxşılaşdırılması və bəzi hallarda rekonstruktiv tibbi ehtiyacların qarşılanması baxımından da əhəmiyyətlidir. Bununla yanaşı, qadağalar əksər hallarda gözlənilən nəticəni vermir. Əksinə, belə yanaşma qeyri-leqal və nəzarətsiz xidmətlərin yaranmasına səbəb ola bilər ki, bu da pasiyentlərin sağlamlığı üçün daha böyük risklər yaradır".
R.Mahmudovun fikrincə, məsələyə daha rasional yanaşma sərt qadağalardan deyil, effektiv tənzimləmə mexanizmlərinin tətbiqindən keçir:
"İlk növbədə estetik əməliyyatların yalnız müvafiq ixtisaslaşmaya malik həkimlər tərəfindən icra olunması təmin edilməlidir. Klinikaların texniki təchizatı, xüsusilə də reanimasiya imkanları ciddi nəzarətdə saxlanılmalıdır. Eyni zamanda, pasiyentlərin əməliyyat öncəsi tam və obyektiv şəkildə məlumatlandırılması, risklərin aydın izah olunması mütləq tələb kimi qoyulmalıdır. Bununla yanaşı, estetik tibbi xidmətlərin reklamı da tənzimlənməlidir. "Tam təhlükəsiz", "risk yoxdur" kimi ifadələrin istifadəsi qadağan olunmalı, cəmiyyətə daha realist və məsuliyyətli mesajlar verilməlidir. Əlavə edim ki, bütün estetik müdaxilələrin nəticələrinin və mümkün ağırlaşmaların qeydə alındığı milli reyestrin yaradılması bu sahədə şəffaflığın və nəzarətin gücləndirilməsinə xidmət edə bilər".
Deputat bildirib ki, Milli Məclis səviyyəsində estetik tibbi xidmətləri əhatə edən daha spesifik normativ bazanın formalaşdırılması məqsədəuyğun olardı:
"Bu, həm həkimlərin fəaliyyətini dəqiq çərçivəyə salacaq, həm də pasiyentlərin hüquqlarının daha effektiv qorunmasına şərait yaradacaq. Nəticə etibarilə, estetik əməliyyatlara marağın artması müasir dövrün reallığıdır və bu prosesi inzibati qadağalarla dayandırmaq mümkün deyil. Əsas məqsəd bu sahəni təhlükəsiz, şəffaf və peşəkar standartlara uyğun şəkildə tənzimləmək olmalıdır. Yalnız bu halda həm vətəndaşların sağlamlığı qoruna, həm də tibbin bu sahəsində yaranan risklər minimuma endirilə bilər".

Sağlamlıq       Tarix: 29 mart 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Marketlərdə satılan duru yağlar niyə ağappaq olur? – SƏBƏB TƏƏCCÜBLƏNDİRDİ

Marketlərdə satılan bitki mənşəli duru yağların rənginin bəzən çox açıq, hətta ağımtıl-sarı olması istehlakçılarda suallar yaradır. Bəs bu, istehsal zamanı tətbiq edilən emal və təmizlənmə prosesləri ilə bağlıdır, yoxsa yağı

Samuxda 9 nəfərdə qarayara aşkarlandı - RƏSMİ

Samuxda xəstə heyvanla təmasda olan 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrin

Meyvə alarkən bu məqama diqqət edin – Sağlamlığınız təhlükədədir

Meyvə və tərəvəzlər sağlam qidalanmanın əsasını təşkil etsə də, mövsümündə yetişməyən məhsulların istehlakı ilə bağlı suallar tez-tez gündəmə gəlir. Xüsusilə istixanalarda yetişdirilən və xaricdən gətirilən məhsulların tərkibi

Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test

Yaş artdıqca bədənimiz bir çox hərəkəti əvvəlkindən bir qədər yavaş yerinə yetirir: gündəlik gəzintilərimiz qısalır, dözümlülük azalır, beynimiz isə əvvəlki kimi iti olmur. Bu, insanların əksəriyyətinin yaşadığı ümumi prosesdir

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki

Koronavirusla bağlı ŞOK İDDİA: İnsan orqanizmində görün nələr edirmiş

İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin alimləri koronavirusla bağlı mühüm elmi qənaətə gəliblər. Məlum olub ki, virus insan orqanizminin toxumalarında illərlə qalmaq qabiliyyətinə malikdir. bildiri

Uşaqlarda bu hal təhlükəlidir - DİQQƏT

Qrip və soyuqdəymə kimi yuxarı tənəffüs yollarının infeksiyaları, xüsusilə uşaqlarda orta qulaq iltihabına səbəb ola bilər. Vaxtında müalicə olunmadıqda isə bu xəstəlik nadir hallarda meningit və beyin absesi kimi ciddi fəsadlarl

Qrip və viruslar yayılır: Özümüzü necə qoruyaq? – Həkimdən AÇIQLAMA

Havaların soyuması ilə ölkədə bir sıra yolxucu respirator viruslara yoluxma halları da artır. Bu isə cəmiyyətdə narahatlıqların yaranmasına səbəb olur. Bəzən insanlar qrip və digər bu kimi virusları o qədər kəskin keçirirlə

Bir böyrəklə ömürlük yaşamaq mümkündür? Həkimdən AÇIQLAMA

Gəncə sakini İradə Səidovanın həyat yoldaşına böyrəyini bağışlaması orqan transplantasiyası və donor sağlamlığı ilə bağlı bir sıra sualları gündəmə gətirib. Bir insanın bir böyrəklə ömrünün sonuna qədər yaşaması mümkündürmü


son xeberler azerbaycan xeberleri yeni xeberler xankendi xeberler bu qun cebheden xeberler en son xeber