Evdə müalicə alan koronavirus xəstələri ilə bağlı YENİ XƏBƏR
"Ambulator xidmətdə istifadə edilən protokollara Operativ Qərargahın tövsiyələrinə əsasən yenidən baxılır. Çünki ambulator şəraitdə müalicə alan xəstələrin də çeşidi dəyişib".
Azxeber.com APA-ya istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov Milli Məclisin Səhiyyə komitəsində keçirilən "Koronavirus infeksiyası (COVID-19) ilə bağlı ölkədəki mövcud vəziyyət, vaksinasiya və görülən digər tədbirlər barədə" dinləmədə deyib.
Baş infeksionist bildirib ki, əvvəl yalnız yüngül xəstələr evdə saxlanılırdısa, indi orta ağır xəstələrə də ambulator xidmət göstərilir: "Onların müalicə üsulu daha əhatəli olmalıdır. Bu bizim yaxın vaxtlarda ictimaiyyətə təqdim edəcəyimiz protokollarda əksini tapacaq".
T.Eyvazov qeyd edib ki, pandemiya dövründə koronavirusla mübarizəyə cəlb edilən mütəxəssislərin sayı 3000-dən çoxdur: "Cəlb olunan mütəxəssislərin xeyli hissəsi qeyri-ixtisas həkimləridir. Bu işlə məşğul olan infeksionistlərin sayı çox məhduddur. Bu hal təkcə Azərbaycana məxsus deyil".
Kurslar.az kurslar [newsid: 0-123300]

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi
Leyla Əliyeva Yevlaxda Cümə məscidinsə - FOTOLAR
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
DÇ-2026: İspaniya və Portuqaliya 1/8 finalda
"Qarabağ" "Ferentsvaroş"dan futbolçu alır - Foto
Arman Abovyan: "Ermənistan "Qərbi Azərbaycan" layihəsinə xidmət edən surroqat quruma çevrilir"
Qurban Qurbanov: "Qarabağ"ın Avstriya toplanışı pis keçmədi"
Azərbaycanda şirkətlərdən birində milyonluq yeyinti ÜZƏ ÇIXDI - HƏBS EDİLƏNLƏR VAR
Ermənistanda dövlət sirrini yayan polkovnik həbs olundu
Ermənistan bu dəmir yolunun bərpasına başladı
ABŞ Cənubi Qafqaza niyə hələ də səfir göndərmir? - İLGİNC SƏBƏBLƏR
Didye Deşam Kilian Mbappenin qarşısında baş əydi
"Qarabağ" Ukrayna klubuna böyük hesabla məğlub oldu
Leyla Əliyeva Yevlaxda "Gənc arıçı" layihəsinin iştirakçısı ilə görüşüb
Mbappe Messini keçdi