Evin balaca oğlundan COVID-19 testi götürdülər, böyüyün adına pozitiv cavab gəldi - Azərbaycanda KURYOZ HADİSƏ

Evin balaca oğlundan COVID-19 testi götürdülər, böyüyün adına pozitiv cavab gəldi - Azərbaycanda KURYOZ HADİSƏBakıda koronavirus testlərinin götürülməsi ilə bağlı kuryoz hadisə yaşanıb. Belə ki, övladlarının özünü narahat hiss etdiyini görən ana – Arzu Muradova koronavirus testi vermək üçün yaxınlıqdakı poliklinikaya müraciət edib. 
KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı "Qafqazinfo"ya danışan Arzu Muradova bildirib ki, hər iki övladından test götürülməsini istəsə də, maraqlı cavabla qarşılaşıb:
"Poliklinikadan mənə hər ailədən yalnız bir nəfərdən test götürə biləcəklərini qeyd etdilər və kiçik övladımın adını-Nihat Muradovu qeyd etdilər. Lakin özünü daha çox böyük övladım pis hiss edirdi. Poliklinika ilə danışan zaman mənə bildirdilər ki, əgər kiçik övladında koronavirus aşkarlanarsa, onda böyük övladında da koronavirus çıxacaq. Problem məhz buradan başladı".
Ana əlavə edib ki, evlərinə gəlib testi götürən şəxs valideynin heç bir sualını cavablamayıb: "Kiçik övladımdan yaxmanı götürüb getdi. 3-4 gün sonra poliklinikadan Kəmalə xanım zəng edərək qeyd etdi ki, böyük övladınız Muradov Murad xəstədir. Mən böyük oğlumdan yaxma götürülmədiyini dedikdən sonra kiçik oğlum Nihatın xəstə olduğunu bildirdilər.
Baş verənlərdən sonra mənə mesaj gəldi ki, Muradov Nihatda koronavirus aşkarlanmayıb. Mən yenidən həkimlə əlaqə saxladım. Bu dəfə isə mənə Muradın xəstə olduğunu dedilər. Muraddan test, yaxma götürülmədiyini vurğulayanda isə onlar konkret heç bir cavab verə bilmədilər, sadəcə məsələni araşdıracaqlarını qeyd etdilər. Növbəti gün İcbari Tibbi Sığortadan, mənə başqa bir mesaj gəldi ki, oğlum Murad koronavirusa yoluxub. Halbuki yenə deyirəm Muraddan yaxma belə götürülməyib. Hazırda vəziyyət belədir ki, Nihatın xəstə olub-olmadığı bilinmir, Muradı da yaxma götürülmədən xəstə ediblər, onun evdən çıxmasına məhdudiyyət qoyulub.
Məsələ ilə bağlı İcbari Tibbi Sığorta Agentliyinə sorğu ünvanlanıb. Qurumdan belə bir hadisənin baş verdiyini təsdiqləyib şikayətçi Arzu Muradova ilə əlaqə yaratdıqlarını bildiriblər: "Məsələ ilə bağlı araşdırmalar başlayıb. Adətən prosedur belədir ki, yaxma götürülən şəxsin adı tibb müəssisəsi tərəfindən sistemə salındıqdan sonra onun İT həlli, (SMS göndərilməsi –red.) qurumumuz tərəfindən həyata keçirilir. Biz hadisə ilə bağlı 19 saylı Uşaq Poliklinikasının rəhbərliyi ilə əlaqə saxlamışıq. Hazırda uşaqdan heç bir yaxma götürülmədən onun adının necə sistemə salındığı araşdırılır".
Evin balaca oğlundan COVID-19 testi götürdülər, böyüyün adına pozitiv cavab gəldi - Azərbaycanda KURYOZ HADİSƏ

Sağlamlıq       Tarix: 11 fevral 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədə

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə

Ödemi azaltmağa kömək edən bitki çayları - Hansı daha FAYDALIDIR?

Bədəndə mayenin normadan artıq toplanması nəticəsində yaranan ödem bir çox insanın qarşılaşdığı problemlərdən biridir. xəbər verir ki, xüsusilə isti havalarda, uzun müddət hərəkətsiz qalanda və ya duzlu qidaların həddində

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir

Günvurma zamanı uşağa ilkin yardım necə edilməlidir? – AÇIQLAMA

Yay mövsümündə uşaqlar arasında ən çox yayılan problemlərdən biri günvurmadır. Günvurma bədən hərarətinin təhlükəli dərəcədə yüksəlməsi nəticəsində yaranan təcili vəziyyətdir. Buna isə daha çox uşaqlar məruz qalırlar. KONKRET.azxəbə

D vitamininin ən yaxşı növü: Bunu içməlisiniz

D vitamini bədənimizin düzgün işləməsi üçün lazım olan vacib qida maddələrindən biridir. Sağlam sümükləri, dişləri və əzələləri qorumaq üçün lazım olan fosfat və kalsium miqdarını tənzimləməyə kömək edir. Lazım olan D vitaminini

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları

Kondisionerdən istifadə edənlərə diqqət: Həkim riskləri AÇIQLADI

Peyvənd mövsümü olmasa da, son günlər havaların qeyri-sabit keçməsi fonunda qrip və digər respirator infeksiyalara yoluxma halları yenidən müzakirə mövzusuna çevrilib. Temperaturun kəskin dəyişməsi, kondisionerlərdən intensi

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi


azerbaycan xeberleri son xeberler yeni xeberler valyuta mezennesi son xeberler bu gun iqtisadiyyat xeberleri bugun xeber.az