Fazil Mustafaya sui-qəsd etmək istəyənlərlə bağlı QƏRAR
Deputat Fazil Mustafaya sui-qəsdə cəhd etməkdə təqsirləndirilən Azər Səricanov, Elşad Əsgərov və Səbuhi Şirinov barələrində olan hökmdən verdikləri kassasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.
azxeber.com axar.az-a istinadən bildirir ki, bu gün Ali Məhkəmədə Ələsgər Novruzovun sədrliyi keçirilən iclasda qərar qəbul olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib və hökm qüvvədə saxlanılıb.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azər Səricanov ömürlük, Səbuhi Şirinov 20 il, Rəşad Əhmədov 19 il, Elşad Əsgərov 18 il, Emin Əliyarov isə 4 il müddətinə azadlıqdan məhrum edilib.
Bakı Apellyasiya Məhkəməsi aşağı instansiya məhkəməsinin hökmünü dəyişməyib.
Qeyd edək ki, cinayət hadisəsi 2023-cü il martın 28-də Sabunçu rayonu Zabrat qəsəbəsində baş verib. Milli Məclisin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında "Kalaşnikov" avtomat silahından atəş açılaraq sui-qəsd edilib.
Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanılıb.
Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib. Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun barəsində ittiham elan edilib.
Kurslar.az kurslar [newsid: 0-123300]

ABŞ-ın İrana əsas tələbləri açıqlandı: Razılaşma buna görə baş tutmur
Macarıstan prezident postuna namizəd axtarır - Şahmat ustası imtina etdi
Bakıda "Neftçi"yə 2 qol vuran Vardanyandan açıqlama
Azərbaycan və Moldova sahibkarları arasında B2B görüş keçirildi - FOTOLAR
İran 7 ölkəyə hücumla bağlı xəbərdarlıq etdi
"Dövlət şirkətlərində maaşlar baş nazirin maaşından yüksək ola bilməz" — Macar
Gəncədə iki bacını avtomobil vurdu
Neft bahalaşdı: Brent 96 dolları keçdi
Rusiyalı qapıçı matç zamanı öldü
"Barselona" yeni hücumçu aldı
"Zirə" ilk matçda "Payde"yə məğlub oldu - Konfrans Liqası
Bu universitetə magistr qəbulu ləğv edildi
Azərbaycan nefti 109 dolları keçdi
Yevlax sakini həmyerlisini qətlə yetirib
Göyçayda piyadanı maşın vurdu