Fəridin ölkəmizə qaytarılması cənab Prezidentin vətəndaşına olan diqqətidir' - Deputat

Fəridin ölkəmizə qaytarılması cənab Prezidentin vətəndaşına olan diqqətidir' - Deputat"Ölkəmiz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında müstəqilliyini möhkəmləndirdi. Yeni, güclü Azərbaycan quruldu və Prezident cənab İlham Əliyevin liderliyi, qətiyyəti, uzaqgörənliyi nəticəsində gündən-günə yalnız regionda yox, qlobal arenada nüfuzunu artırır və hətta ölkə başçımız Azərbaycanın Prezidenti kimi yox, eyni zamanda Qoşulmama Hərəkatının sədri dövründə də qlobal lider kimi dünyanın ən böyük ölkələrinin rəhbərlərinin, ən nüfuzlu liderlərinin sırasında yerini möhkəmləndirib. Təbii olaraq hər bir azərbaycanlı bununla qürur duyur".
Bu fikirləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov İranda həbsdən azad olunub Azərbaycana gətirilən Fərid Səfərlinin anası Dilarə Əsgərovanın Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür etməsinə münasibət bildirərkən deyib.
Deputat bildirib ki, Fəridin ölkəmizə qaytarılması Azərbaycan Prezidentinin vətəndaşına münasibətinin bariz nümunəsidir:
"Ölkəmizin gücü artdıqca sözlünün kəsəri də artır və bütün sahələrə öz müsbət təsirini göstərir. Bir müddət öncə DTX tərəfindən ölkəmizə qaytarılan azərbaycanlı gənc Fərid Səfərlinin İran məhkəmələrini, hüquq-mühafizə orqanlarının caynağından qurtarılaraq ölkəmizə gətirilməsi ölkə başçısının müstəsna gücünün və səyinin nəticəsidir. Çox böyük uğurdur və bu həm də onu deməyə əsas verir ki, ölkə başçısı, Azərbaycan dövləti hər bir vətəndaşının taleyinə diqqətlə yanaşır, biganə münasibət göstərmir. Həm ölkə gücünün, başçısının nüfuzu belə məsələlərdə çox vacib rol oynayır. Fərid Səfərlinin anası Prezident İlham Əliyevə təşəkkür etdi və onun yaşadığı pis günləri arxada qaldı. Yalnız Fəridin deyil, ümumiyyətlə, digər azərbaycanlıların da hər hansı bir problemi çıxanda dövlət, dövlət başçısı məsələlərə çox həssas və operativ münasibət göstərir. Biz bunu Aktaudakı təyyarə qəzasında da gördük. Həmçinin Azərbaycanda Nürnberq adlandırılan, işğalçılıqla məşğul olan, soyqırımla, digər cinayətlərlə təqsirləndirilən şəxslərin ölkəmizin paytaxtında məhkəməsinin keçirilməsi bir daha ölkəmizin gücünün, nüfuzunun göstəricidir. Düşünürük ki, nüfuzumuz, gücümüz artdıqca hər bir vətəndaşımız dövlətin bu qətiyyətini, siyasətini öz üzərində hiss edir və edəcək".
Qeyd edək ki, İranda 2023-cü ildə həbs edilən azərbaycanlı tələbə Fərid Səfərli yanvarın 18-də azad edilib. O, Azərbaycanda casusluğa görə həbs edilən İran vətəndaşı ilə dəyişdirilib.
Mikayıl Mirzəzadə

Siyasi       Tarix: 23 yanvar 2025
f Paylaş

Oxşar xəbərlər

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind


son xeberler yeni xeberler azerbaycan xeberleri qurban bayrami 2026 cəbhədən son xəbər kriminal xeberler azerbaycan