Firudin Cəlilov: "Azərbaycan bir çox böyük dövlətlərin gözünə tikan kimi batırdı"

Firudin Cəlilov: Bu gün Azərbaycanın müstəqilliyinin bərpa olunmasından 33 il ötür. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Bununla da 71 il Sovet İttifaqının tərkibində qalan Azərbaycan yenidən müstəqilliyinə qovuşdu. Düzdür, müstəqilliyin ilk illərində xeyli çətinliklərlə üzləşildi. Amma xalqımız ümidini üzmədi və xalqın tələıbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev güclü Azərbaycanın inşasına başladı. Nəticə isə göz qabağındadır. Azərbaycan ərazilərini 30 il işğal altında saxlayan Ermənistan darmadağın edildi. İndi Azərbaycanın üçrəngli bayrağı Xankəndidə dalğalanır.
Bu tarixi zəfərin əldə olunmasında Ali Baş Komandan İlham Əliyevin müstəsna xidmətləri var və məhz bu qələbə Cənab Prezidentin adı ilə bağlıdır. Müstəqilliyin bərpasının 33-cü ilində bəzi məqamlar yada düşür və geriyə boylanıb-baxanda Azərbaycanın çətin sınaqlardan keçdiyi xatırlanır. 1991-ci ildə tarixi şərait yetişən anda Azərbaycanın müstəqillik aktının qəbuluna səs verənlərdən biri də Firudin Cəlilov idi.
Həmsöhbətimiz KONKRET.az-a açıqlamasında o illəri belə xatırladı:
Firudin Cəlilov: "Biz müstəqillik aktını qəbul edəndə orada yazmışdıq ki, yeni qurulacaq Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olan Azərbaycan Demokratik Respublikasının varisidir. Yəni yeni müstəqil dövlət əslində bərpa dövlətidir. Ona görə də müstəqillik aktı qəbul olunandan sonra ADR-in atributlarını çağdaş dönəmə uyğunlaşdırıb qəbul etməliydik. Və onları da etdik. Həmin atributları qəbul edən komissiyanın sədri də mən idim. Onların hamısı əlimdən gəlib keçib.
Müstəqillik aktında qeyd olunub ki, ölkənin adı Azərbaycan, millətin adı türkdür. Bunlar o vaxt, yəni 1918-ci ildə qəbul olunub, biz də onları bərpa etmişik. Amma bir neçə il sonra dilin adı dəyişdi və Azərbaycan dili adlandırıldı. Qəbul edilən akta uyğun dövlət qurub təkimləşdirməliydik və o istiqamətdə də işlər gedirdi. İslahatlar aparılırdı, yeni qurumlar yaranırdı. İndi müstəqillik aktının qəbulundan 33 il keçib və dövlət strukturları tam oturuşub, hər şey öz yerini tapıb. Buna baxmayaraq, bəzi məsələlər gündəmə gətirilməlidir, müzakirə olunmalıdır. Səhvlərin buraxılması, düzgün addım atılması barədə məsələlər mətbuatda işıqlandırılmalıdır".
Müstəqilliyin ilk illərində ölkəmizə qarşı aparılan hərbi-siyasi təzyiqlər nəticəsində Azərbaycan ciddi problemlərlə üz-üzə qaldı. Ermənilərdən vasitə kimi istifadə edən qüvvələr həm də yeni qurulan dövlətə qısqanclıqla yanaşırdılar: "Tək qısqanclıq söhbəti deyildi. Azərbaycan bir türk dövləti olduğu üçün bir çox böyük dövlətlərin gözünə tikan kimi batırdı. Çünki bu, təkcə Azərbaycana aid deyil, bütün türk xalqlarına olan münasibətdir. Nəzərə alın ki, 100 il qabaq Osmanlı dövlətini çökdürdülər. Amma Allaha şükür olsun ki, onun yerində sağlam Türkiyə Cümhuriyyəti yarandı. Azərbaycan 1828-ci ildə iki yerə bölündü. Bunlar hamısı türk toplumuna qarşı olan münasibətin nəticəsidir. Bu münasibətdə də həmişə erməniləri kukla kimi əllərində oynadıblar. Onları irəli verməklə, Azərbaycan torpaqlarında ayrıca respublika yaratmaq istəyirdilər. Müstəqilliyin ilk vaxtlarında torpaqlarımızın əldən getməsi yeni qurulan dövlətin ordusunun olmaması, maddi imkanların məhdudluğu, tez-tez baş verən hakimiyyət dəyişikliyi ilə bağlı idi.İndi şükürlər olsun ki, Azərbaycan qələbə qazanıb, Qarabağ azad edilib və öz ərazilərimizdə suverenliyimizi tam bərpa etmişik. Müstəqillik gününə bundan yaxşı töhfə ola bilməz".
Vəli Həsənoğlu,
KONKRET.az

Siyasi       Tarix: 19 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi

ABŞ tarixində ilk dəfə müsəlman siyasətçi Senata seçilib. KONKRET.azxəbər verir ki, demokrat namizəd, 42 yaşlı Abdul Əl-Səyyid Miçiqan ştatından senator seçkilərində respublikaçı Mayk Rocersi məğlub edərək tarixə düşüb. Misi

ABŞ-ın İranla bağlı NÜVƏ PLANI var? – Pərdəarxası məqamlar

ABŞ-ın noyabr ayında İrana nüvə zərbəsi endirə biləcəyi ilə bağlı iddialar beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq yaradıb. Xüsusilə Yaxın Şərqdə hərbi-siyasi gərginliyin artdığı bir vaxtda belə bir ssenarinin gündəmə gətirilməs

ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. xəbər verir ki, məktubda deyilir:. "Zati-aliləri. 8 Noyabr – Zəfər Günü münasibətilə Zati-aliniz

Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı

Son zamanlar İran vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsassız ittihamların, təhqiramiz ifadələrin, eləcə də qanunsuz çağırışların artdığı müşahidə olunur. Müxtəli

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək

Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımlar regionda geosiyasi rəqabəti yenidən gündəmə gətirir. Baş nazir Nikol Paşinyanın ölkəsinin 2027–2028-ci illərdə Avropa İttifaqına tamhüquqlu üzvlük üçü

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər

Ermənistanda Azərbaycan irsinə qarşı vandalizm: 734 qəbiristanlığın aqibəti açıqlandı

Qərbi Azərbaycanda azərbaycanlılara məxsus tarixi-mədəni irsin taleyi uzun illərdir narahatlıq doğuran məsələlərdən biridir. Həmin ərazilərdə yerləşən bir sıra tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığı, vandalizm


azerbaycan xeberleri yeni xeberler son xeberler metbuat xeberleri hava haqqinda krminal bu gun xəbər