"Formula-1"in testləri vaxtından əvvəl dayandırıldı: Şarl Lekler hələlik protokollara başçılıq edir - FOTO
"Formula-1"in testləri vaxtından əvvəl dayandırıldı: Şarl Lekler hələlik protokollara başçılıq edir - FOTO
Bəhreyn Beynəlxalq Avtodromunda dünən başlayan "Formula-1"in mövsümöncəsi testlərin ikinci günü başlayıb. Amma testlərin səhər sessiyası "Ferrari"nin moneqask sürücüsü Şarl Leklerin drenaj kanalının qapağını sındırması üzündən yarımçıq dayandırılıb.
Qeyd edək ki, "Mersedes" komandasının sürücüsü Lyuis Hemilton daha əvvəl eyni yerdə qapağın üzərindən keçib və onu yerindən çıxarıb. Daha sonra isə Lekler qapağı tam sındırıb. Hadisə yerinə gələn trekin əməkdaşları qapağın bərpasının uzun müddət tələb etdiyini bildiriblər. Ona görə də nahar fasiləsi bir saat əvvələ çəkilib, nahardan sonra isə komandalar trasda beş saat işləyəcəklər.
Səhər sessiyasının protokollarına isə elə Lekler başçılıq edib. Moneqask sürücü fasiləyə qədər 36 dövrə vura bilib və ən yaxşı dövrəsini 1 dəqiqə 31,750 saniyəyə başa vurub.
"Maklaren" komandasının avstraliyalı sürücüsü Oskar Piastri sessiyanı ikinci yerdə tamamlayıb. İlk üçlüyü isə "Uilyams" komandasından Loqan Sarcent tamamlayıb.
Nahardan sonra yeddi komandada sürücü dəyişikliyi gözlənilir, yalnız "Red Bull", "Mersedes" və "Uilyams" səhər işlədiyi sürücülərlə testlərə davam edəcəklər.
Bəhreyndə "Formula-1"in mövsümöncəsi testləri. Səhər sessiyası:
1. Şarl Lekler ("Ferrari") - 1:31,750 (36 dövrə)
2. Oskar Piastri ("Maklaren") - 1:32,328 (35)
3. Loqan Sarcent ("Uilyams") - 1:32,578 (30)
4. Serxio Peres ("Red Bull") - 1:32,879 (20)
5. Fernando Alonso ("Aston Martin") - 1:33,053 (31)
6. Lyuis Hemilton ("Mersedes") - 1:33,225 (39)
7. Quanyu Çjou ("Steyk") - 1:33,715 (38)
8. Pyer Qasli ("Alpin") - 1:33,804 (33)
9. Niko Hülkenberq ("Haas") - 1:37,509 (31)
10. Yuki Tsunoda ("Visa RB") - 1:38,074 (40)


/ oxu.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR