Fransa ermənilərə görə İsrailə etiraz etdi
Fransanın Qüdsdəki Baş Konsulluğu aprelin 3-də İçərişəhərin Erməni məhəlləsində baş verən hadisələrdən narahatlığını bildirib.
KONKRET.azxəbər verir ki, Fransanın Qüdsdəki Baş Konsulluğu Qüdsün Erməni məhəlləsində baş verən hadisələri şərh edərək, İsrail hakimiyyətini şəhərdəki status-kvonu şübhə altına alan hər hansı birtərəfli hərəkətlərdən çəkinməyə çağırıb.
Qeyd edək ki, aprelin 3-də israillilər polisin dəstəyi ilə Qüdsdəki "Koveru Partez" (İnək bağı) ərazisini zəbt ediblər və orada qurulan maneələri aradan qaldırıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə erməni fəallar, eləcə də erməni ruhanilərinin nümayəndələri arasında toqquşma baş verib.
"Fransa Qüdsün Erməni məhəlləsində dünən baş verən hadisələrdən narahatdır. Biz İsrail hakimiyyətini Qüdsdəki status-kvonu şübhə altına alan hər hansı birtərəfli hərəkətlərdən çəkinməyə çağırırıq", – Baş Konsulluğun X sosial şəbəkəsində dərc olunan bəyanatında deyilir.
Qeyd edək ki, Qüds Erməni Patriarxlığı İsrail polisinin "Koveru Partez"dəki hərəkətlərini pisləyərək, onları qanunsuz adlandırıb.
Natiq Səlim,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
Dəfn pulu da artırılır
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi
Bu ölkə İranla sərhədə ordu yeritdi
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?
Təhsil xərclərinin artırılmasına çalışacağıq' - Sahil Babayev
Banka borcu olanlara bir yaxşı, bir pis xəbər – Yeni QAYDA
Nyu Cersi Trampa qarşı: Rus dizelini rədd etdi