Fransa senatından Bakıya SANKSİYA? - "Bu, Makronu SABOTAJ etməyə hesablanıb"

Fransa senatından Bakıya SANKSİYA? - Noyabrın 15-də Fransa senatı Azərbaycana sanksiya tətbiq edilməsini müzakirə etmək üçün yığışacaq.
KONKRET.azolaraq məsələ ilə bağlı beynəlxalq münasibətlər üzrə ekspert Yeganə Hacıyeva ilə əlaqə saxladıq. Xanım politoloq bu barədə nə düşündüyünə belə başladı:
"Fransa haqqında danışanda birmənalı qeyd etməliyik ki, Fransa ermənipərəst bir ölkədir və bunun bir neçə vacib əsasları var. Məsələ ondadır ki, Fransada çox geniş erməni etnik qrupu və onun da formalaşdırdığı lobbi qrupu mövcuddur. Hətta Fransanın bəzi bölgələrində seçki nəticələrinə təsir edə bilən, ümumilikdə mediadakı fikrin formalaşdırılmasında iştirak edə bilən ermənilər var. Ermənilərdən ibarət siyasi qruplar da az deyil. Hüquq-mühafizə orqanlarında ermənilərdən ibarət şəbəkə və həmçinin, Fransa daxili siyasətinə təsir gücünə malik bələdiyyə strukturlarında kifayət qədər geniş erməni şəbəkəsi var".
Yeganə Hacıyeva ermənilərin da çox olduğu Marsel şəhərinə də toxunub. Belə turizm şəhərinin varlı erməniləri də maliyyə hesabına Fransada fikir formalaşdıra bilirlər. Bu və digər səbəblərdən erməni lobbisinin Azərbaycana hücumları, böhtan kampaniyaları mütəmadi xarakter alıb:
"Biz onların Fransanın qanunverici orqanlarında qərəz və təhriflərdən ibarət anti-Azərbaycan mövqeyini həmişə izləməkdəyik. Ermənilər yalan üzərindən Fransa ilə Azərbaycan münasibətlərini hər zaman pisləşdirməyə cəhd edirlər. Bu yeni xəbər deyil".
Politoloq bir vacib nüansı da qeyd etdi ki, əksər ölkələr lobbi qruplarına nəzarət üçün konsepsiya ilə çıxış edirlər. Amma Fransa Avropanın elə ölkəsidir ki, onların daxili qanunvericiliyində lobbi qruplarının tənzimlənməsi istiqamətində müddəa yoxdur:
"Fransa qanunvericiliyi lobbi qruplar, ələlxüsus da ermənilər üçün münbit şərait formalaşdırıb. Məsələn Fransa XİN dövlət maraqları hesabına fərqli fikirlər səsləndirir, amma Fransanın qanunverici orqanları (senat, milli assambleya) əks bəyanatlarla çıxış edə bilir. Bu, məsələnin bir tərəfi…
Sanksiyalar mövzusuna gəlsək, öncəliklə onu deyim ki, Fransa senatı hansısa başqa dövlətə sanksiya tətbiq edəcək, yaxud hansısa məhdudiyyəti müzakirə edəcək təsisat deyil. Fransa senatı daxili qanunvericilikdə öz vətəndaşları üçün nəyisə müsbətə dəyişmək yönündə ideyalar, layihələr təklif edə bilər. Yəni, bu senat heç Fransa XİN-ə də hansısa ölkə ilə münasibətləri necə qurmaq barədə göstəriş verə bilməz. Fransa senatının buna mandatı çatmır. Bu bir…
İkinci bir məsələ erməni lobbisinin çirkli pulları Fransa senatında at oynadır. Bu yolla çoxsaylı deputatları ələ alırlar. Belə deyək, Fransa senatını fransızların marağına deyil, erməni iddialarının girovuna çeviriblər. Burda onu da qeyd etməliyəm ki, xarici siyasət üzrə Fransanın məşhur siyasətçisi var idi. O demişdi ki, Fransa senatında xalqın maraqları bir ovuc lobbi qrupunun əsiridir.
Fransız deputat Jerom Lamber: Fransız xalqının maraqları bır qrup ermənilərin girovuna çevrilib. Fransa höküməti beynəlxalq hüquqa məhəl qoymadan daim millətçi çıxışlar edən ermənilər tərəfindən ələ keçirilib. Fransa layiqli diplomatik mövqe tutmasını istəyirsə, siyasətdə kök salmış erməni qrupunun diktə etdiyi nöqteyi-nəzərləri qəbul etməməli və buna diqqət yetirməlidir. Əgər atəşkəs istəmiriksə, onun yerinə nə istəyirik?! Əbədi müharibə?
"Və indi də biz, bu lobbi qrupunun Azərbaycana qarşı növbəti yanaşmasını izləməkdəyik. Bundan əvvəl onlar Qarabağdakı qondarma rejimin tanınmasına da rəvac vermək istəyirdilər".
Politoloq Fransa senatının sanksiya səlahiyyətinin olmadığını desə də, bu qanunverici orqanın Emanuel Makrona təsir etdiyini gizlətməyib. Bu səbəbdən Makron Avropa Birliyi ilə çalışmalarına paralel özünü Ermənistana yaxın da göstərməyə çalışır. Makron bu yolla öz fəaliyyətinə "dünyada sülh və stabillik naminə işləyirəm" donu geyindirmək istəyir. Fransa senatının sanksiya müzakirələrinə bənzər addımları isə Makron və Fransa xarici işlər nazirliyini sabotaj etməyə hesablanıb.
Anar Rəhimov,
KONKRET.az

Siyasi       Tarix: 11 oktyabr 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezidentdən xüsusi sərhəd mesajı: onlarla ölkə prosesə qoşulacaq

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması"

Tixanovskaya: ABŞ Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir

ABŞ Belarus Prezidenti Aleksandr Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir. xəbər verir ki, bunu Belarusun demokratik qüvvələrinin lideri Svetlana Tixanovskaya BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclası çərçivəsind

Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama

Ermənistan Türkiyə ilə sərhədin açılmasını və iki ölkə arasında dəmir yolu əlaqəsinin bərpasını səbirsizliklə gözləyir. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilən pane

Moskva itirir - Azərbaycan isə real güc əldə edir - Yeni xəritə

ABŞ və Ermənistan TRIPP layihəsinin praktiki reallaşdırılması üçün yeni institusional mexanizmlərin formalaşdırılmasını sürətləndirir. Layihə çərçivəsində yaradılacaq TRIPP Development Company şirkətində amerikan tərəfi

ABŞ ilə İran arasında nə zaman saziş əldə olunacaq? - Tramp açıqladı

ABŞ Prezidenti Donald Tramp noyabr ayında keçiriləcək aralıq seçkisindən sonra İranla sazişin əldə oluna biləcəyini bəyan edib. xəbər verir ki, bu barədə "Kommersant" nəşri məlumat yayıb. O bildirib ki, İran hökumət

Vətən müharibəsindən suverenliyə: Qarabağda tarixi dönüşün əsas mərhələlər

"27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarından sonra başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın təxminən 30 il işğal altında qalmış ərazilərinin böyük hissəsinin aza

Zelenski BMT tribunasından Rusiyanı HƏDƏLƏDİ

Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda BMT Baş Assambleyasındakı çıxışı zamanı xəbərdarlıq edib ki, Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələrini davam etdirməsi Rusiyanın enerji obyektlərinə cavab hücumlar

ABŞ məhkəməsi Tramp administrasiyasını jurnalistləri Ağ Evə buraxmağa məcbur etdi

ABŞ-da məhkəmə Donald Tramp administrasiyasına jurnalistlərin Ağ Evə girişinə yenidən icazə verməyi tapşırıb. Hakim Timoti Kelli administrasiyanın CNN, MS NOW və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə buraxmama

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son durum ən son xəbərlər hava durumu bu gune olan xeberler