Fransalı alim: "500 il sonra baş verəcək iki zəlzələ oldu, Marmarada isə bir dəfə və güclü olacaq" - FOTO

Fransalı alim: Fransalı alim: "500 il sonra baş verəcək iki zəlzələ oldu, Marmarada isə bir dəfə və güclü olacaq" - FOTO
"İkinci zəlzələ tamamilə gözlənilməz və imkansız idi".
Bu barədə fransalı seysmoloq və geofizik Xavyer Le Piçon "Habertürk"də yayımlanan "Gələcək fikirlər - zəlzələ özəl" proqramında bildirib.
23 ildir Türkiyədəki qırılma xətləri ilə bağlı araşdırma aparan dünya şöhrətli fransalı zəlzələ mütəxəssisi Mərmərədə gözlənilən böyük zəlzələdən danışıb. O, müşahidələrinə əsasən bölgədə bir dəfə və böyük zəlzələ olacağını qeyd edib.
Mütəxəssis 11 vilayətdə və ümumilikdə Türkiyədə zəlzələlərlə bağlı təhlillərini açıqlayıb.
"İkinci zəlzələ tamamilə gözlənilməz idi. Burada zəlzələnin olacağını söyləmək olmazdı. Bu imkansız idi", - deyə Le Piçon Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərlə bağlı fikirlərini bildirib.
O, Türkiyənin şimalında və şərqində iki böyük qırılma xəttinin olduğuna diqqət çəkib.
"İki sadə amil var ki, bunu bilməliyik. Şərqi Anadolu qırılma xətti üzərindəki ilk 7,7 bal gücündə zəlzələ şimalda Anadolu plitəsi ilə cənubda Ərəb plitəsinin arasında baş verdi. Anadolu plitəsi təxminən 4 metr qərbə doğru sürüşdü. Burada baş verən son geodeziya hadisəsinə nəzər salsaq, ildə orta hesabla 6 millimetr yerdəyişmədən söhbət getdiyini deyə bilərik. Bu isə o deməkdir ki, bu qırılma xəttinin bəhs etdiyimiz 4 metrlik yerdəyişməyə enerji toplaması üçün 500 il vaxt lazımdır. 1513-cü ildə Pazarcıkda bir zəlzələ olduğunu görürük. Bu zaman deyə bilərik ki, qırılma xətti parçalandığı zaman elastik olaraq bu böyük yerdəyişmə üçün lazım olan enerji toplanmışdı. Və 500 il sonra baş verəcək zəlzələ indi oldu. Gözlənilən də bu idi. Yəni zəlzələlərlə birlikdə bütün enerji xaric oldu", - deyə məlumat verib.
Xavyer Le Piçon həmçinin Mərmərədə baş verəcək zəlzələdə də danışıb.
"Mərmərədə bir dəfə və 7,6 baldan yuxarı şiddətdə zəlzələ olacağını düşünürəm. Bilirəm ki, həmkarlarımın heç də hamısı bu qənaətdə deyil. Onlar 2-3 zəlzələnin olacağı fikrindədirlər. Zaman kimin haqlı olduğunu göstərəcək. Bölgədəki plitələrin inkişaf xəttini müşahidə edirəm. Mərmərədə müəyyən uzunluqda qırılma xətti üzərində bir dəfə zəlzələ olacağını görürəm", - deyə o vurğulayıb.
Fransalı alim: Fransalı alim: Fransalı alim: Mənbə: Haber Global / oxu.az

Maraqlı       Tarix: 20 fevral 2023
f Paylaş

Oxşar xəbərlər

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO. Son zamanlar bir çox insanlar, xüsusən də uşaqlar arasında göy öskürək yayılıb. İnsanlar bu xəstəlikdən can qurtara bilmədiklərini

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı. Mayın 10-da başlayan güclü maqnit qasırğasının gözlənilən müddəti ən azı iki gün olacaq. Bu barədə Rusiya Elmlər Akademniyasının Günəş-Yer Fizikası İnstitutunu

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"

Ucuz generator almağın hansı riskləri var?

Ucuz generator dedikdə bazarda eyni güc kateqoriyasında olan digər modellərlə müqayisədə daha aşağı qiymətə təklif edilən generatorlar nəzərdə tutulur. Bəzi hallarda sadə funksiyalara malik modellər daha münasib qiymətl

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO. ABŞ-də rüşvətdə ittiham olunan Nyu-Cersi ştatının ermənipərəst senatoru Bob Menendesin vəkili bütün günahları onun arvadının üzərin

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?. Aprelin sonunda "OpenAI" qabaqcıl süni intellekt prosessoru "Nvidia DGX H200"ü əldə edib. Bu, dünyanın ən güclü süni intellekt çipidi

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub. Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər. Alimlər qrupu son 5 500 i


azerbaycan xeberleri yeni xeberler son xeberler sonxeber az xəbər.az xankendi xəbər