Fransanın keçmiş prezidentini 10 həbs cəzası gözləyir
Fransanın keçmiş prezidenti Nikola Sarkozi 2007-ci ildə Liviyadakı Müəmmər Qəddafi rejimindən seçki kampaniyası üçün milyonlarla avro qəbul etməkdə ittiham olunur.
KONKRET.az "The Guardian"a istinadən xəbər verir ki, Fransada siyasi qalmaqal yaradan bu işə korrupsiya və sui-qəsd iddiaları da daxildir. Üç ay davam edəcək məhkəmədə Sarkozi ilə Liviya rejimi arasındakı razılaşmalar araşdırılacaq. 2007-2012-ci illərdə Fransa prezidenti olan Sarkozi bütün ittihamları rədd edir. Sarkozinin artıq iki məhkumluğu var. 2021-ci ildə o, korrupsiyada və hakimə təsir etmək cəhdində təqsirli bilinib. O, məhkəmənin qərarı ilə bir il elektron qolbaq da taxıb. Ayrı bir məhkəmədə Sarkozi Sosialist Partiyasının namizədi Fransua Ollanda uduzduğu 2012-ci il prezident seçkilərində qeyri-qanuni xərcləri ört-basdır etməkdə təqsirli bilinmişdi. Sarkozinin Liviya məsələsində təqsiri sübuta yetirilsə onu 10 ilə qədər həbs gözləyir.
Vəli Həsənoğlu,
KONKRET.az

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı
9 ay hamilə olduğunu bilmədi, 5-ci uşağı dünyaya gətirdi