"Füzuli əməliyyatı Azərbaycan Ordusunun ən əhəmiyyətli döyüşlərindən biri oldu

"44 Günlük Vətən Müharibəsində düşmən Azərbaycanın qüdrətli ordusunun gücü, qüdrəti qarşısında çox duruş gətirə bilməyərək geri çəkilməyə məcbur oldu. İllərlə erməni işğalçılarının terroruna məruz qalan Azərbaycan xalqı hər gün cəbhə bölgəsindən qələbə müjdəli xəbərlər alırdı. Şəhər, qəsəbə və kəndlərimiz bir-birinin ardınca işğaldan azad edilirdi. Ordumuzun igid əsgər və zabitlərinin qəhrəmanlıqları sayəsində erməni işğalçılarının illərdən bəri möhkəmləndikləri mövqeləri dağıdılırdı".
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
O bildirib ki, Füzulinin işğaldan azad edilməsi xəbəri hər birimizdə böyük ruh yüksəkliyi yaratmış oldu:
"4 il əvvəl, oktyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi bu məlumat hər birimizdə böyük ruh yüksəkliyi yaratdı: "Şanlı Azərbaycan Ordusu öz xilaskarlıq missiyasını uğurla davam etdirir… Bu gün Füzuli rayonunun bir sıra yaşayış məntəqələri işğalçılardan azad edilib – Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri. Füzuli şəhəri işğalçılardan azad edilib, Füzuli bizimdir, Qarabağ Azərbaycandır!
44 Günlük Vətən Müharibəsində Füzuli əməliyyatı Azərbaycan Ordusunun cənub-şərq cəbhəsində ən əhəmiyyətli döyüşlərdən biri oldu. Döyüşdə düşmən xeyli canlı qüvvə və texnika itkisi verərək ərazini tərk etdi. Tarixi Füzuli əməliyyatı eyni zamanda dünya hərb tarixinə yazıldı.
Bu gün Füzuli şəhərinin sakinlərinin çöhrəsində məğrur ifadəni görməmək mümkün deyil. Ən sevindirici məqamlardan biri də budur ki, artıq Füzuli sakinləri əlamətdar günlərini-Şəhər Gününü qürur və sevinc hissi ilə qeyd edirlər. 
Ən əsası, 44 günlük Vətən Müharibəsində biz bütün dünyaya sübut etdik ki, heç kim bizim iradəmizə təsir edə bilməz. Müzəffər Ali Baş Komandanın göstərişi ilə qüdrətli Azərbaycan Ordusu  44 gün ərzində ancaq irəli gedərək, düşməni məhv etdi, bayrağımızı doğma Qarabağımızda dalğalandırdı".
Mikayıl Mirzəzadə

Siyasi       Tarix: 17 oktyabr 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi

ABŞ tarixində ilk dəfə müsəlman siyasətçi Senata seçilib. KONKRET.azxəbər verir ki, demokrat namizəd, 42 yaşlı Abdul Əl-Səyyid Miçiqan ştatından senator seçkilərində respublikaçı Mayk Rocersi məğlub edərək tarixə düşüb. Misi

ABŞ-ın İranla bağlı NÜVƏ PLANI var? – Pərdəarxası məqamlar

ABŞ-ın noyabr ayında İrana nüvə zərbəsi endirə biləcəyi ilə bağlı iddialar beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq yaradıb. Xüsusilə Yaxın Şərqdə hərbi-siyasi gərginliyin artdığı bir vaxtda belə bir ssenarinin gündəmə gətirilməs

ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. xəbər verir ki, məktubda deyilir:. "Zati-aliləri. 8 Noyabr – Zəfər Günü münasibətilə Zati-aliniz

Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı

Son zamanlar İran vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsassız ittihamların, təhqiramiz ifadələrin, eləcə də qanunsuz çağırışların artdığı müşahidə olunur. Müxtəli

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək

Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımlar regionda geosiyasi rəqabəti yenidən gündəmə gətirir. Baş nazir Nikol Paşinyanın ölkəsinin 2027–2028-ci illərdə Avropa İttifaqına tamhüquqlu üzvlük üçü

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər

Ermənistanda Azərbaycan irsinə qarşı vandalizm: 734 qəbiristanlığın aqibəti açıqlandı

Qərbi Azərbaycanda azərbaycanlılara məxsus tarixi-mədəni irsin taleyi uzun illərdir narahatlıq doğuran məsələlərdən biridir. Həmin ərazilərdə yerləşən bir sıra tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığı, vandalizm


azerbaycan xeberleri yeni xeberler son xeberler metbuat xeberleri hava haqqinda krminal bu gun xəbər