Gecə növbəsində işləyənlərin nəzərinə – Sizi hansı xəstəliklər gözləyir?

Gecə növbəsində işləyənlərin nəzərinə – Sizi hansı xəstəliklər gözləyir?Gecə növbələri müasir dünyanın məcburi reallığına çevrilib. Lakin bu, işçilərin sağlamlığına mənfi təsir göstərir.
Gecə işləmək bədənə və zehnə necə zərər verir və bu təsirləri necə azalda bilərik?
KONKRET.az bu suallara cavab tapmağa çalışıb:
– Gecə işləyənlərin ən böyük problemi bioloji saatları ilə uyğun olmayan yuxu rejimidir. Ona görə də əsasən yuxu pozğunluqları yaşayırlar. Bu, keyfiyyətli yuxu almağı çətinləşdirir.
– Gecə növbəsində işləyənlərin ürək xəstəliyi və hipertoniya riski artır. Keyfiyyətsiz yuxu və yemək vərdişləri bu riskləri artırır.
– Gecə işləmək mədə və bağırsaq problemlərinə səbəb ola bilər. Uyğun olmayan saatlarda yemək və qeyri-sağlam qidalanma vərdişləri həzm sisteminə mənfi təsir göstərir.
– Gecə işçiləri nizamsız həyat tərzi və qeyri-sağlam qidalanma vərdişləri səbəbindən piylənmə və diabet riski ilə üzləşirlər.
– Gecə işləmək sosial izolyasiyaya və emosional problemlərə səbəb ola bilər.
– Gecə işçiləri arasında depressiya və narahatlıq nisbətləri daha yüksəkdir.
– Daimi yorğunluq və enerji çatışmazlığı gecə işləyənlərin stress səviyyələrini artırır. Bu, iş performansına və həyat keyfiyyətinə mənfi təsir göstərir.
– Qeyri-kafi yuxu və daimi yorğunluq diqqət və konsentrasiya problemlərinə səbəb olur. Bu isə iş qəzalarının və səhvlərin artmasına səbəb ola bilər.
– Gecə işləmək ailə və sosial həyata mənfi təsir edir. Sosial tədbirlərdə iştirak etmək və ailə ilə vaxt keçirmək çətinləşir. Gecə işçiləri, insanların çoxunun yatdığı saatlarda işlədikləri üçün sosial çevrədən təcrid olunurlar.
Gecələr işləyənlər üçün məsləhətlər:
– Mümkün qədər müntəzəm yuxu cədvəli tərtib edin. Günün eyni saatlarında yatın və oyanın.
– Sağlam və balanslı qidalanmağa çalışın. Eyni saatlarda yeməyə diqqət etməlisiniz. Yüngül, eyni zamanda da qida dəyəri yüksək olan məhsulları seçin.
– İdman enerji səviyyənizi artırb stresin öhdəsindən gəlməyə kömək edə bilər. 15 dəqiqə belə olsa, idmana vaxt ayırmağa çalışın.
– Ailənizlə və dostlarınızla vaxt keçirməyə çalışın. Sosial dəstək zehni sağlamlığınızı qorumağa kömək edəcək.
– İş mühitinizi rahatlaşdırın. Bu biraz xərc tələb edə bilər, ancaq gələcəkdə böyük sağlamlıq problemləri ilə üzləşməkdən yaxşıdır. İş yerinizdə və ya evinizdə sağlamlığa uyğun işığı, havanı, kreslonu və s. təmin edin. Bütün bunlar həm də işinizdə daha məhsuldar olmağa imkan verəcək.(medicinaaz)

Sağlamlıq       Tarix: 16 iyul 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

D vitamininin ən yaxşı növü: Bunu içməlisiniz

D vitamini bədənimizin düzgün işləməsi üçün lazım olan vacib qida maddələrindən biridir. Sağlam sümükləri, dişləri və əzələləri qorumaq üçün lazım olan fosfat və kalsium miqdarını tənzimləməyə kömək edir. Lazım olan D vitaminini

Pəncərə və qapılara dəfnə yarpağı qoyun: Həşəratlara qarşı "qalxan"

Yay tətili üçün evdən uzun müddətə ayrılarkən hamımızın ağlımızda eyni qorxu olur: "Geri qayıdanda evimi hamamböceği və ya qarışqalar basıb?" Kimyəvi dərmanlardan istifadə etmədən, evinizi bu "qonaqlardan"

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları

İnfarktın qarşısını almaq üçün vacib QAYDALAR

"Mütəmadi testlər infarktın qarşısını almağa kömək edə bilər. Bunlara lipidoqrammanı (xolesterin və onun fraksiyalarının göstəricisi), eləcə də qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaq daxildir". -a istinadə

ÜST-dən xəbərdarlıq: "Görünməmiş sürətlə yayılır"

"Açıq deməliyik ki, epidemiya hələ də nəzarət altında deyil. Böyük bir üstünlüklə başladı və biz hələ də onun qarşısını almağa çalışırıq". KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyy

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son durum cəbhədən son məlumat futbol xeberleri xeberler bugun