Gəncin koronavirusa yoluxması bütün ailəni ölümdən xilas etdi - FOTO/VİDEO
Gəncin koronavirusa yoluxması bütün ailəni ölümdən xilas etdi - FOTO/VİDEO
Amerikanın Konnektikut ştatındakı Norviç şəhərinin gənc sakini koronavirusa yoluxduğu üçün özünün və ailə üzvlərinin həyatı xilas olub.
Bu barədə "News Channel 21" telekanalı xəbər verir.
Məlumata görə, 17 yaşlı Mayklda koronavirus aşkarlanıb. O, xəstəlikdən tez sağalsa da, karantin bitən günün səhəri halı pisləşib və sinə ağrılarından şikayət etməyə başlayıb. Bundan narahat olan anası Nikol Uilson oğlunu xəstəxanaya aparıb. Əvvəlcə həkimlər mədə qıcqırmasından şübhələniblər, lakin yeniyetmənin bir müddət əvvəl koronavirusa yoluxduğunu öyrəndikdən sonra hər ehtimala qarşı qan analizindən keçiriblər.
Nəticə Uiolsonu dəhşətə gətirib.
"Az qala huşumu itirirdim, dizlərimdə taqət kəsildi", - deyə ana olanları xatırlayıb.
Analiz göstərib ki, Mayklın ürəyində partlamaq üzrə olan səkkiz santimetrlik anevrizma (arteriya divarlarının nazikləşməsi və uzanması nəticəsində arteriyaların şişməsi və qabarmasıdır) var. O, təcili əməliyyata alınıb.
Əməliyyat uğurlu keçib. Lakin vəziyyəti hələ tamamilə normallaşmayıb. Belə ki, beyinə kifayət qədər qan getməyib, buna görə onun başı gicəllənib və görməsi zəifləyib. Buna baxmayaraq, müalicədən sonra onun tam düzələcəyi bildirilib.
Mayklın koronavirusa yoluxması qardaşlarının və bacısının da həyatını xilas edib. Çünki bu sayədə onların hamısının "Marfan sindromu"ndan (birləşdirici toxumalarda fəsad yaradan irsi xəstəlik) əziyyət çəkdiyi təsbit edilib. Hazırda uşaqların hamısı müalicə olunur.






Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb