Göbək bağı dağıntılar altında kəsilən körpədən yeni xəbər var - FOTO
Göbək bağı dağıntılar altında kəsilən körpədən yeni xəbər var - FOTO
Suriyada baş verən zəlzələ zamanı dağıntılar altında dünyaya gələn körpənin xəbəri bütün dünyanı təsirləndirmişdi. Göbək bağı binanın qalıqları altında kəsilən uşaq dərhal xəstəxanaya yerləşdirilib. Təəssüf ki, uşağın valideynləri xilas ola bilməyiblər. Bu səbəbdən körpəni həyatda qalan yeganə qohumu - xalası və onun yoldaşı övladlığa götürüblər.
Uşağa müalicə aldığı xəstəxanada Eye adı verilsə də, yeni ailəsi onu anasının adı ilə Afra adlandırıb. Hazırda onlar çadırda yaşayırlar.
Afranın xalasının əri Halil Şam Sevadinin sözlərinə görə, onlar 2014-cü ildə İŞİD terror təşkilatının əlindən əvvəlcə İdlibə, daha sonra terrordan azad edilən bölgələrə köçüblər.
"Fevralın 6-da baş verən zəlzələlər zamanı mən, həyat yoldaşım və uşaqlarımla binanı tərk etdik, ancaq Afranın ana-atasının qaldığı bina uçdu. Bir dostumla inşaat cihazı götürüb dağıntı yerinə getdik. Xilasetmə işləri zamanı ilk olaraq körpənin anasının ayaqlarını gördük. Tavan onun üstünə çökmüşdü. Dağıntıları qazarkən səslər gəldi, əmimin oğlu (Afranın atası) olduğunu düşündüm. Qazmağa davam etdikcə körpə olduğunu gördüm", - deyə o, olanları xatırlayıb.
Sevadi bundan sonra dağıntılar altından körpənin göbək bağını kəsib və xəstəxanaya aparıb.
Afranın hazırda sağlamlıq vəziyyəti yaxşıdır.
"O, mənə atasından bir xatirədir. Bütün ailəsi həyatını itirib. Biz onun mərhum atası ilə qardaşdan daha yaxın idik. O getdi, əmanəti qaldı", - deyə Sevadi bildirib.









Mənbə: Anadolu "Agentliyi" / oxu.az
Xidmetler [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR