"Gördüm ki, TikTok-da özümü aşağı salıram" - Pərvin
"TikTok-da canlı yayımda başım qarışsın deyə otururdum. Mən insanlarla ünsiyyət qurmağı çox sevirəm. Mən instaqramda canlı yayım açırdım. Amma ikisinə də eyni anda həvəsim öldü".
azxeber.com xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva jurnalist Pərviz Hüseynin təqdimatında yayımlanan "Pərvizə görə" layihəsində deyib.
O, sosial şəbəkələrdən uzaqlaşmasının səbəbini açıqlayıb:
"Bir müddət sonra əlbəttə qayıdacağam. Qayıtmağa məcburam, çünki planlarım, işlərim var. Bu işlərdə də "instaqram" mənə kömək edəcək. Məni mediatik edən şarmımdır. Məndə ulduz işığı var. Tamaşaçılara deyirəm, istəsəniz qəbul edin, istəsəniz yox. Bilirəm ki, şərhlərdə yazacaqlar. Mən gözəl deyiləm, amma seçilməyi bacarıram. Nə etsəm, seçilirəm. Seçilməyi sevirəm, bunun üçün də çalışıram. Qaydam budur ki, heç zaman heç bir qadına bənzəmə. Həyatım boyunca bir qadın idealım olub: Monika Belluçi. Ona da bənzəməyə çalışmamışam. Dəb önəmli deyil. Zövqlə özünü yaraşanı geyinmək çox önəmlidir".
Aktrisa Tiktokda xeyriyyə məqsədilə hədiyyə aldığını bildirib:
"Qazancları nəzər almasaq, TikTok canlılarına görə peşman olmuşam. Yeganə asan pul qazanılan məkandır. Amma mənim yayım açmağımın səbib qazanc deyildi. Gəlirlərimin böyük hissəsini xeyriyyəyə sərf edirdim. Oranın pulu ilə onları edirdim. Əslində maraqlı yerdir, mən TikTok-u məhəlləyə bənzədirəm. "Sovetski"dəki məhəllələr kimidir. Bir ildir orada yoxam. Mən uzun müddət dedim ki, TikTok-a girməyəcəyəm. Əslində maraqlı olduğu üçün ora daxil oldum. Həyatımın bir dövrü darıxdırıcı idi, onda... Mənim sadəliyimə görə bəzilərində rahatlıq gördüm. Fikirləşdim ki, bunlar normal həyatda mənimlə kəlmə kəsə bilməyəcək insanlardır. Özümü aşağı çox salıram. Dəyər-dəyməz insanlarla ünsiyyətdə oluram. O məni düşündürdü ki, burada nə edirəm?"
Aysel

Şərəf' ordeni ilə təltif edilən Valeh Ələsgərov kimdir?
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
ABB-də nə baş verir? – Vətəndaşın pulu yoxa çıxıb
DİQQƏT: Bankdan kredit ala bilmirsinizsə, səbəb bu ola bilər
Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var
"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı
PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib
"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir
Günel Bədəlovaya yüksək vəzifə verildi
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
Zaqatalada dəhşət: rus sürücü TIR-la qadının üstündən keçdi
Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi
Prezidentin mesajı: Müharibə cinayətləri cəzasız qalmamalıdır