Gözəl mənzərəli karantin: Maşınını evə çevirərək, özünü təcrid etdi - VİDEO
Gözəl mənzərəli karantin: Maşınını evə çevirərək, özünü təcrid etdi - VİDEO
Rusiyalı məşhur fotoqraf Stanislav Tolstnev karantin müddətini sivilizasiyadan uzaqda keçirmək məqsədilə avtomobilini evə çevirərək, Baykal gölünün sahilinə köçüb.
RT-nin məlumatına görə, o, qeyri-adi təcrübəsi barədə özünün "Facebook" səhifəsində xəbər verib.
S.Tolstnevin sözlərinə görə, səfər üçün əməlli-başlı hazırlaşıb:
"UAZ Patriot"umu evə çevirmək fikri karantin və koronavirusla bağlı baş verənlərdən çox-çox əvvəl gəlmişdi. Məsələ burasındadır ki, mən vəhşi təbiətdə çox gəzirəm, foto və video çəkirəm. Bu dəfə təsadüf elə gətirdi ki, karantin başladı, mən də Baykal gölünə getməli idim. Yaz tətili olduğu üçün oğlum Saşanı da özümlə götürdüm", - deyə Stanislav bildirib.
Onun maşını lazım olan bütün vasitələrlə, o cümlədən günəş batareyası ilə təchiz olunub. Fotoqrafın sözlərinə görə, günəş stansiyasından topladığı enerji kamera, noutbuk, işıqlandırma, mini-soyuducu, hətta mikrodalğalı sobaya da çatır.
Stanislav bütün gününü çəkilişlər etməklə, ya da çəkdiyi fotoların üzərində işləməklə keçirir. /oxu.az
Turlar.az [newsid: 0-123300]

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb