"Grand Palace"nin sahibinə cinayət işi açıldı
Balakəndə keçirilən monitorinqlər zamanı şəhər ərazisində yerləşən "Grand Palace" şadlıq sarayında təşkil edilən toy mərasimində karantin rejimlərinin pozulması halları aşkarlanıb.
DİN-in mətbuat xidmətindən Azxeber.com-a verilən məlumata görə, yoxlama zamanı şadlıq sarayında keçirilən mərasimdə 150 nəfərdən artıq qonağın iştirak etdiyi müəyyən edilib.
Karantin qaydalarını pozmaqla infeksiyanın yayılmasına şərait yaradan obyektin sahibi Şamil Qebeyev barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə cinayət işi başlanılıb.
Qeyd edək ki, bir müddət öncə də həmin şadlıq sarayında keçirilən toy mərasiminda karantin qaydaları pozulduğu üçün Ş.Qebeyev inzibati məsuliyyətə cəlb edilərək cərimələnmişdi.

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR