Gürcüstan parlamentinin sədri Kobaxidzenin Baydenin qəbul siyahısından çıxarılmasını təsdiqlədi
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Baş nazir İrakli Kobaxidzenin Bayden administrasiyasının rəsmi qəbulunun dəvətliləri siyahısından çıxarılmasını təsdiqləyib.
KONKRET.az xəbər verir ki, parlament sədri jurnalistlərə açıqlamasında Bayden administrasiyasının bu addımının qeyri-ciddi olduğunu və Gürcüstanın daxili siyasətinə müdaxilə cəhdi olduğunu qeyd edib.
"Özlərinin göndərdikləri dəvəti ertəsi gün geri götürdülər. Bu cür davranış ümumiyyətlə qeyri-ciddidir. Administrasiya tərəfindən gördüklərimiz, ilk növbədə, Amerika və onun xalqına qarşı təhqirdir. Digər tərəfdən, bəzən bu cür hərəkətlər nə qədər anlaşılmaz olsa da müxalifətin vəziyyətinin birbaşa göstəricisidir. Müxalifətin vəziyyəti o qədər acınacaqlıdır ki, hətta ABŞ administrasiyası müxalifətə danışmağa mövzu vermək üçün heç bir standartdan aşağı hərəkətdən çəkinmir. Təəssüf ki, bu da ölkənin daxili siyasətinə müdaxilənin təzahürlərindən biridir. İllərdir ki, ABŞ administrasiyası bizi strateji tərəfdaş adlandırır, onlar heç olmasa gürcü xalqından qonaqpərvərliyi öyrənməlidirlər", – deyə Şalva Papuaşvili bildirib.(apa)
Turlar.az [newsid: 0-123300]

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb