Hakan Fidan Qətərin Baş naziri və xarici işlər naziri ilə görüşüb
Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərə rəsmi səfəri çərçivəsində Baş nazir və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani ilə görüşüb.
KONKRET.az xəbər verir ki, nazir Fidan görüşdən sonra keçirdiyi mətbuat konfransında Suriya və Qəzzadakı vəziyyətlə bağlı diqqətçəkən açıqlamalar verib.
Nazir Fidan açıqlamasında bu sözləri söyləyib:
"Bizi qəbul etdiyiniz üçün təşəkkür edirik. İki ölkə arasında münasibətlər strateji səviyyədədir. Hər kəs bu münasibətlərin regionun əmin-amanlığına, rifahına və iqtisadiyyatına əlavə etdiyi müsbət cəhətləri görür. Biz bunu daha da irəli aparmalıyıq. Ən son məsələmiz Suriya ilə bağlıdır. Suriya xalqına öz hökumətinə və keçid prosesinə nəzarəti ələ almağa necə kömək edə biləcəyimizlə bağlı qonşu ölkələrlə əlaqə saxlayırıq. Ölkənin yenidən qurulmasında lazım olan məsələlərlə bağlı ciddi addımlar atılmalıdır. Suriyanın aktual problemlərinə təcili həll yolları tapmaq üçün birlikdə çalışırıq. Beynəlxalq sanksiyaların aradan qaldırılması, silahlı qrupların milli ordunun tərkibində bir araya gəlməsi və terrorla mübarizə vacibdir.
Dəməşq rəhbərliyinin xüsusilə YPG ilə bağlı problemləri həll etmək səyləri davam edir.
Xalqın həllini gözləyən problemləri var. Enerji, nəqliyyat və kommunikasiya ilə bağlı nə edə bilərik? Tamamlanmış bir sıra layihələr var. Məqsədimiz bunları həyata keçirməkdir".

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı