Hande Harmancı: 'Rəqəmlərin artacağını gözləyirdik
"Pandemiya pis şeydir, amma onunla mübarizə aparan ölkələr öz çatışmazlıqlarını və qüvvətləndirə biləcəkləri yerləri gördülər".
Azxeber.com xəbər verir ki, bunu REAL-a müsahibəsində Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.
O qeyd edib ki, həm infrastruktur, həm innovasiya olaraq inkişaf olub:
"İnanıram ki, bundan sonrakı 10-15-20 il sonra biz buradan öyrəndiklərimizlə dünyada çox böyük addımlar atacağıq".
H.Harmancı yoluxma sayının artması tendensiyasından da söz açıb:
"Yumşaldılmalar başlayan zaman rəqəmlərin artacağını gözləyirdik. Bu, bütün dünyada belə oldu. Ümumdünya Səhiyyə Təşkilatı bunun məlumat bazasını toplayır.
Nə qədər çox sərt tədbir görsəniz, yoluxma o qədər azalır. Nə qədər çox yumşaltsanız, o qədər artır. Bu, pandemiya bitmədi, sonunu görmədik deməkdir.
Amma təzyiqlərlə də mümkün deyil. Bunun iqtisadi, sosial, psixoloji çərçivələri var. Havalar gözəlləşdi, insanlar açıq məkanlara çıxdı. Ona görə Azərbaycan hökuməti də daxil olmaqla, hökumətlər tədbirləri yumşaltdı.
Bu, özümüzü toplamağımız üçün önəmli fürsət idi. Amma bu iş bitməyib".
Xidmetler [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR