Haniyənin ölümü müharibənin arealını genişləndirəcək

Haniyənin ölümü müharibənin arealını genişləndirəcək"HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsi bu gün geniş müzakirə mövzusudur. Birincisi, ona görə ki, Tehranda onun olması və ya gizlədilməsi, o cümlədən İrana arxalanması faktı hamı üçün bəlli oldu".
Bu sözləri azxeber.com-a açıqlamasında politoloq İlyas Hüseynov bu gün İranda sui-qəsd nəticəsində öldürülən HƏMAS lideri İsmayıl Haniyədən danışarkən deyib.
Siyasi şərhçi hesab edir ki, baş verən hadisə Fələstin və İranı daha da yaxınlaşdıracaq:
"İsrail dəqiq hava zərbəsiylə öz hədəfinə çatıb və bu İranı daha da qəzəbləndirib. Hətta verilən açıqlamalar da bundan ibarətdir ki, baş verən hadisə Fələstin və İran xalqını yaxınlaşdıracaq, birləşdirəcək. Bununla yanaşı, rəsmi Vaşinqtondan da bildirilib ki, İsrailə hücum ediləcək təqdirdə ABŞ İsraili qoruyacaq, müdafiə edəcək, təhlükəsizlik zəmanəti verəcək. Ümumilikdə qeyd etmək lazımdır ki, İsmayıl Haniyənin həm də çox önəmli hərəkata rəhbərlik etməsi və HƏMAS hərəkatının əsas funksionerlərindən biri olması İsrail və HƏMAS arasında gedən müharibəyə təsir göstərəcəkdi. Amma ola bilsin ki, münaqişənin və müharibənin arealı bir qədər genişlənsin. Ola bilsin ki, baş verən hadisə bütün Yaxın Şərqə yayılsın və beləliklə, son dövrlər Türkiyə və İsrail arasında yaranan gərginliyi də nəzərə alaraq bu hadisənin baş verməsi şübhəsiz ki, Yaxın Şərqdə daha geniş və total eskalasiyanı formalaşdıra bilər".
Mikayıl Mirzəzadə

Siyasi       Tarix: 31 iyul 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər. -ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsind

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

ABŞ-ın İranla bağlı NÜVƏ PLANI var? – Pərdəarxası məqamlar

ABŞ-ın noyabr ayında İrana nüvə zərbəsi endirə biləcəyi ilə bağlı iddialar beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq yaradıb. Xüsusilə Yaxın Şərqdə hərbi-siyasi gərginliyin artdığı bir vaxtda belə bir ssenarinin gündəmə gətirilməs

ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi

ABŞ tarixində ilk dəfə müsəlman siyasətçi Senata seçilib. KONKRET.azxəbər verir ki, demokrat namizəd, 42 yaşlı Abdul Əl-Səyyid Miçiqan ştatından senator seçkilərində respublikaçı Mayk Rocersi məğlub edərək tarixə düşüb. Misi

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. xəbər verir ki, məktubda deyilir:. "Zati-aliləri. 8 Noyabr – Zəfər Günü münasibətilə Zati-aliniz

BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?

Amerikalı populist-izolyasionistlərin seçkiqabağı çıxışlarını dinləmək bəzən absurd komediyaya baxmağa bənzəyir. MAGA şüarlı qırmızı papaq taxmış siyasətçi tribunaya çıxaraq son dərəcə sadə, lakin cəlbedici bir fikir irəl


yeni xeberler son xeberler azerbaycan xeberleri xəbərlər cebheden xeber kriminal son xəbər