Hansı viruslara yoluxmaq xərçəng yaradır? - SİYAHI

Hansı viruslara yoluxmaq xərçəng yaradır? - SİYAHIHansı viruslara yoluxmaq xərçəng yaradır? - SİYAHI
Rusiyalı mütəxəssislər xərçəng yaradan virusların adlarını açıqlayıblar.
Siyahıda ilk yerdə hepatit B və hepatit C virusları gəlir. Alimlər bildiriblər ki, bu viruslar bəzən qaraciyər infeksiyası yaradır ki, o da sonda xərçəngə çevrilə bilər.
"Kapoşi sarkoması ilə əlaqəli herpes virusu (KSHV) qan damarı xərçəngi və iki növ lenfoma riskini artırır", - deyə onlar bildiriblər.
Elm adamları "Merkel poliomavirusunu" (MCPyV) da bu siyahıya əlavə ediblər. Onların sözlərinə görə bu virus dəriyə təsir edir və adətən simptomlar olmadan baş verir. Bəzilərində "Merkel hüceyrəli karsinoma" adlı nadir dəri xərçənginə səbəb olur.
"Həmçinin 200-dən çox qrupdan ibarət olan "İnsan papilloma virusu"nun (HPV) təxminən 13 növünün onkogen olduğu sübut edilib. Onlar uşaqlıq boynu, vulva, qadın və kişi cinsiyyət orqanları, badamcıq və ya dil xərçənginə səbəb ola bilər", - deyə alimlər bildiriblər.
Mütəxəssislər "insan immunçatışmazlığı virusu"na (İİV) yoluxmuş insanların immun sistemi zəif olduğundan onların xüsusilə sarkoma və lenfoma olma riskinin yüksək olduğu barədə xəbərdarlıq ediblər.
Siyahıda "İnsan T-limfotrop virusu"nun (HTLV) da adı var. Bildirilir ki, bu viruslar leykositlərin bir növü olan "T hüceyrələri"ni yoluxdurur, leykomiya və limfomaya səbəb ola bilər.
Siyahıda sonuncu yerdə "Epşteyn-Barr virusu" ("Human herpesvirus 4") gəlir. Bildirilir ki, bu virusa yoluxanlarda əksər vaxt heç bir simptom olmur. Virus mononukleoz və viral meningitdən pnevmoniyaya qədər digər daha ciddi xəstəliklərə səbəb ola bilər.
"Epşteyn-Barr virusu"nun yarada biləcəyi xərçəng növləri müxtəlif limfomalar, yuxarı udlaq xərçəngi, yumşaq toxuma xərçəngi, transplantasiya sonrası limfoproliferativ xəstəlik yarada bilər", - deyə alimlər qeyd ediblər.
Mütəxəssislər xərçəngi ilkin mərhələdə müəyyən etmək üçün risk altında olanları HİV, sifilis, hepatit B və hepatit C virusları, yüksək onkogen riskli HPV, "Epşteyn-Barr virusu"ndan müayinələrdən keçməyə çağırıblar.
Elm adamları onu da bildiriblər ki, bu viruslardan birinə yoluxmaq, mütləq xərçəng xəstəliyinə tutulacağı anlamına gəlmir.
Mənbə: "Lab4U" "Telegram" kanalı / oxu.az

Maraqlı       Tarix: 08 fevral 2024
f Paylaş

Oxşar xəbərlər

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO. Məşhur türkiyəli müğənni Kalben Sağdıç barəsində aparılan narkotik işi üzrə istintaq prosesində yeni təfərrüat ortay

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO. ABŞ-nin Şimali Karolina ştatının sahillərində iki sıra əyri, dişəbənzər kənarları olan qorxunc, nəhəng kəllə sümüyünün bir hissəsi aşkar edilib

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır. "Neuralink" şirkəti insana düşüncənin köməyi ilə qadcetləri idarə etməyə imkan verəcək "Telepathy" implantı ilə eksperiment üçün dah

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı. İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəst

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək. Bu gün də sirkulyasiya edən üç ümumi virusun genetik ardıcıllığı 50 min ildən çox əvvəl yaşamış neandertalların qalıqlarında tapılıb. San-Paul

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI. Hipertoniya illər boyu aşkar edilmədən ürəyə və böyrəklərə zərər verə bilər. Bu barədə rusiyalı həkim Olqa Malinovskaya məlumat verib. Həkimin sözlərinə görə

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ. 1911-ci ildə Zaqulbada işləyən ailələrin uşaqları üçün sümük-vərəm xəstəlikləri sanatoriyası açılıb. Belə ki, buranı həmin dövrdə yaşayan professo


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber saytlari butun xeberler xəbər sou biznes