"Harri Potter"in ulduzu alkoqolla bağlı problemlərdən danışıb
"Harri Potter"in ulduzu alkoqolla bağlı problemlərdən danışıb
"Harri Potter" filmlərində Drako Malfoy obrazını canlandıran 35 yaşlı britaniyalı aktyor Tom Felton içki ilə bağlı problemlərindən danışıb.
O, yaşadıqlarını "Sehrli çubuğun əks üzü: Sehrbaz kimi böyüməyin sehri və xaosu" kitabında açıqlayıb.
Sənətçinin sözlərinə görə, o, müntəzəm olaraq gün batmazdan əvvəl bir neçə şüşə pivə və bir neçə stəkan viski içib. Felton vurğulayıb ki, onun asılılığı daha dərin psixi sağlamlıq problemlərilə bağlı olub.
Daha sonra sevgilisi aktyorun durumundan narahat olub və müalicə olunmağı təklif edib. Oxşar məsləhətlə "Harri Potter"in ulduzuna vəkili də müraciət edib.
Daha sonra aktyor reabilitasiya mərkəzinə getsə də, bir gün sonra oranı tərk edib. Sənətçi ikinci reabilitasiya mərkəzinə yerləşdirilib. Orada qadınlar şöbəsində gecələyən aktyor qaydaları pozduğuna görə qovulub.
Bir müddət sonra aktyor təkbaşına müalicə üçün üçüncü reabilitasiya mərkəzinə üz tutub.
"Hamımız həyatımızın bir məqamında fiziki sağlamlıq problemlərilə qarşılaşdığımız kimi, psixi sağlamlıq problemlərilə də qarşılaşırıq. Utanılası bir şey yoxdur. Bu zəiflik əlaməti deyil", - deyə sənətçi qeyd edib.
Mənbə: lenta.ru / oxu.az

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA