Harris və Trampın debatının tarixi açıqlandı
ABŞ prezidentliyinə namizədlər Donald Tramp və Kamala Harrisin debatı sentyabrın 10-da ABC telekanalında baş tutacaq.
KONKRET.az xəbər verir ki, bu barədə telekanal sosial şəbəkədə bildirib.
"ABC News" sentyabrın 10-da ABC telekanalında prezidentliyə namizədlərin debatına ev sahibliyi edəcək. Vitse-prezident Harris və keçmiş prezident Tramp ABC debatlarında iştirak edəcəklərini təsdiqləyiblər", – telekanalın paylaşımında diqqətə çatdırılıb.
CNN qeyd edir ki, Tramp Floridadakı Mar-a-Laqo malikanəsində mətbuat konfransında çıxış edərək vitse-prezidentlə debatı "səbirsizliklə gözlədiyini" və qarşıdan gələn debat tarixləri ilə bağlı razılığa gəldiyini söyləyib: sentyabrın 4-də "Fox News"da, sentyabrın 10-da ABC-də və sentyabrın 25-də NBC-də.
Tramp əlavə edib ki, tamaşaçılar və yer də daxil olmaqla, "xırda təfərrüatlar" üzərində hələ də iş gedir. O həmçinin Harrisin debatın bütün şərtləri ilə razılaşacağına şübhə etdiyini vurğulayıb.
Daha əvvəl ABC-də debata razılıq verən Harris cümə axşamı daha sonra iştirak edəcəyini təsdiqləyib və gələcək debatları müzakirə etməkdən "xoşbəxt olacağını" söyləyib.

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb
2027-ci ildə minlərlə ailənin həyatını dəyişəcək qərar