Hazırda qlobal gündəlikdə duran mühüm məsələlərdən biri enerji təhlükəsizliyidir
"Əlbəttə ki, hazırda qlobal gündəlikdə duran mühüm məsələlərdən biri enerji təhlükəsizliyidir. Biz nümayəndələrimiz vasitəsilə artıq bu məsələlər üzərində iş aparmışıq. Sözsüz ki, cari vəziyyəti və həmin sahələrdə əməkdaşlığın başlanması üçün hansı işlərin görüləcəyini də müzakirə edəcəyik".
Bu fikirləri oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizə rəsmi səfərə gələn Moldova Respublikasının Baş naziri Nataliya Qavrilitsa ilə təkbətək görüşü zamanı deyib.
"Bir çox digər sahələr də var və inanıram ki, ikitərəfli gündəliyimizin genişləndirilməsi üçün böyük imkanlar olacaqdır. Təbii ki, çox güclü siyasi münasibətləri nəzərə alsaq, onlar olmalıdır. Bir neçə gün əvvəl, xanım Prezidentlə Praqada görüşmək imkanı oldu. Bilirsiniz ki, bizim əvvəllər də görüşlərimiz, o cümlədən telefon danışıqlarımız olub. Bir sözlə, yaxşı işgüzar münasibətlər qurulub. Əminəm ki, siz də tərəfdaşlığımızı irəliyə doğru aparmaq məqsədilə azərbaycanlı həmkarınızla yaxşı işgüzar münasibətlər quracaqsınız", - Prezident vurğulayıb. / azxeber.com

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü