Həbsdə olan general Rövşən Əkbərov etiraf etdi

Həbsdə olan general Rövşən Əkbərov etiraf etdiBu gün Bakı Hərbi Məhkəməsində sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Azxeber.com "report"a istinadən xəbər verir ki, məhkəmənin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində vaxtilə Müdafiə Nazirliyinin tərkibində Mülki Müdafiə üzrə Qərargah rəisinin müavini işləmiş, ehtiyatda olan polkovnik Elxan Cəbiyev dindirilib.
O deyib ki, 2001-ci ilin may ayının sonlarında Ukraynanın Kiyev şəhərində keçirilən tədbirdə iştirak edib: "Həmin tədbirdə Rövşən Əkbərovla tanış oldum.
Kiyevdən qayıtmazdan əvvəlki gün, mayın 31-də o, məndən bir bağlamanı Bakıya aparmağımı xahiş etdi. Səfirliyə gedib bağlamanı götürdüm. Səhəri gün isə Bakıya gətirdim, içərisində nə olduğunu bilmirdim".
Daha sonra "Olaylar" qəzetinin baş redaktoru, qətlə yetirilən Elçin Əliyevin yaxın dostu olmuş Yunis Oğuz ifadə verib.
O bildirib ki, hadisənin səhərisi günü E.Əliyevin qətlə yetirildiyini eşidib: "Elçinin atasıgilə gələndə orada söz-söhbət gəzirdi ki, onu Rövşən Əkbərov öldürüb.
Elçinin meyitini gətirməyə gedən Nazim İbrahimov da mənim yaxın dostum olub. Həm o, həm də Ukaynada olan qardaşım Musaxan Əliyev söylədi ki, Elçini Rövşən qətlə yetirib. Qardaşım hadisə vaxtı orada olmayıb, bu haqda eşidib".
R.Əkbərov Y.Oğuzun ifadəsinə etiraz edib. O söyləyib ki, hadisə vaxtı orada olan Məzahir Şıxəliyev olaydan 3 gün sonra öldürən adamın kimliyini müəyyən etmək üçün şəkil istəyib: "Bu halda hadisə günü onun Yunis Oğuza məlumat verməsi ziddiyətlidir".
Məhkəmədə qətlə yetirilən E.Əliyevin qohumu Elman Ağayev də dindirilib. O vurğulayıb ki, hadisədən bir neçə saat əvvəl E.Əliyevlə telefonla danışıb:
"O, Rövşən Əkbərov adlı generalın Ukraynada qonaq olduğunu, onunla görüşdüklərini, həmin gün də yenidən görüşəcəklərini söylədi. Səhəri gün zəng gəldi ki, Elçini qətlə yetiriblər. Nazim İbrahimov Elçinin meyitini gətirdikdən sonra mənə Rövşən Əkbərovla görüşdüyünü bildirdi. Rövşən Əkbərov Nazim İbrahimova Elçini öldürdüyünü etiraf edib".
Generalın vəkilləri şahidin 2003-cü ildəki ifadəsi ilə hazırkı ifadəsi arasında kəskin ziddiyətlər olduğunu deyiblər. Belə ki, E.Ağayev əvvəlki ifadəsində N.İbrahimovun hadisədən sonra 1 il gizləndiyini bildirib.
Şahid 17 il əvvəl ifadə verdiyini, hər şeyi detallı xatırlamadığını deyib: "Amma biz bilirik ki, Rövşən Əkbərov əvvəlcə Məzahirin sabiq daxili işlər naziri İsgəndər Həmidovun sürücüsü olduğunu biləndən sonra vurub. Daha sonra maşından küt alət götürüb Elçini öldürüb. Qüdrət də onun yanında olub".
Məhkəmənin növbəti iclası sentyabrın 15-nə təyin edilib.
Qeyd edək ki, rəsmi məlumata əsasən, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən "Sikora" kafesində yeyib-içdikdən sonra, saat 04 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onun barəsində olan cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Sosial       Tarix: 08 sentyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə


son xeberler azerbaycan xeberleri yeni xeberler beynelxalq bank mezenne xeberler azerbaycan xeberler bugun 2026 hava durumu