Həddindən artıq meyvə yeyənlərin NƏZƏRİNƏ
"Şirin meyvələr həddindən artıq istehlak edildikdə sağlamlığa ciddi zərər verə bilər".
KONKRET.az xəbər verir ki, bu barədə rus qastroenteroloq Yevgeniya Melnikova danışıb.
Həkim təhlükəli meyvələr sırasına banan, manqo, üzüm, ananas, kivi, albalı və başqalarını qeyd edib ki, tərkibində çoxlu miqdarda şəkər var.
"Fruktozanın 85%-i bağırsaqlarda və qaraciyərdə qlükoza və qlikogenə, sonra isə yağlara çevrilir. Fruktozanın həddindən artıq istehlakı mənfi nəticələrə səbəb ola bilər: yağlı qaraciyər xəstəliyi, piylənmə, şəkərli diabet kimi xəstəliklərlə üzləşə bilərsiniz", – deyə Melnikova xəbərdarlıq edib.
Onun sözlərinə görə, artıq meyvə istehlakı böyrəklərin fəaliyyətinə mənfi təsir göstərir, həmçinin artıq çəki, alkoqolsuz qaraciyər yağlanması, aterosklerotik lövhələr və hüceyrənin insulinə həssaslığının itirilməsinə səbəb ola bilər.
Meyvənin həddindən artıq istehlakı eləcə də kalori qəbulunu artırır və oturaq həyat tərzi ilə birlikdə piylənmənin inkişafı üçün əlverişli şərait yaradır.
"Orqanizmə zərər verməmək üçün şəkəri az olan meyvələri seçin: moruq, qaragilə, böyürtkən", – deyə həkim məsləhət görüb.
Burhan,
KONKRET.az

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var