Helikopter qəzasında həlak olan Çilinin sabiq prezidenti özünü ailəsinə fəda edibmiş
Helikopter qəzasında həlak olan Çilinin sabiq prezidenti özünü ailəsinə fəda edibmiş
Çilinin helikopter qəzasında həlak olan keçmiş prezidenti Sebastyan Pinyera göyərtədə olan sərnişinləri xilas etmək üçün özünü fəda edib.
Bu barədə mərhum siyasətçinin Nazirlər Kabinetinin keçmiş naziri Karla Rubilar, Pinyeranın bacısının dediklərinə istinadla məlumat verib.
"Prezidentin bacısı deyir ki, mərhumun son sözləri "əvvəlcə siz atılın, çünki mən sizinlə tullansam, helikopter (hamımızın üstünə) düşəcək" olub", - deyə Rubilar bildirib.
Məlumata görə, Pinyera helikopter havaya qalxdıqdan sonra onun nasaz olduğunu anlayıb və sərnişinləri xilas etmək üçün gölün üzərindən enməyə başlayıb. Onunla birlikdə gəmidə bacısı Maqdalena Pinyera, dostu və oğlu olub. Hər üçü sağ qalıb.
Yarılma nəticəsində Pinyeranın ölüm səbəbinin suda bataraq boğulma olduğu müəyyən edilib. Onun meyiti suyun 40 metr dərinliyində helikopterdə tapılıb.
Xatırladaq ki, faciə fevralın 6-da baş verib. Eks-prezidentin vəfatı ilə əlaqədar Çilidə üçgünlük matəm elan edilib. Pinyera 2010-2014-cü və 2018-2022-ci illərdə prezident olub.
Mənbə: TASS / oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR