"HƏMAS-ın bütün siyasi rəhbərliyi öldürüləcək" – Rus politolloqdan AÇIQLAMA

"Son günlər baş verən hadisələr açıq şəkildə göstərir ki, İsrail kəşfiyyat xidmətləri harada olmalarından asılı olmayaraq, əsas hərbi-siyasi düşmənlərini çox səmərəli şəkildə məhv edə bilir".
Bu sözləri KONKRET.az-a açıqlamasında rus politoloq Oleq Kuznetsov bildirib.
Onun sözlərinə görə, "İstər İran, istər Suriya, istərsə də Livanda olsun, HƏMAS-ın bir ayda bütün yüksək siyasi rəhbərliyi və döyüş komandirləri öldürüləcək".
Siyasi şərhçi Haniyənin öldürülməsini belə şərh edib:
"Haniyənin qətli xüsusilə daha qorxunc görüntü idi – Raket onun yataq otağının pəncərəsindən içəri daxil olmuşdu. 1993-cü ildən Rusiya xüsusi xidmət orqanları çeçen separatçılarının lideri Cövhər Dudayevi belə məhv etmişdi. Yüksək səviyyəli peşəkarların əl izi hər yerdə görünür".
Rus ekspertin qənəatinə görə, bu qətl bir çox mətləblərdən xəbər verir:
"Tehranda İsmayıl Haniyənin qətli İran və İsrail arasında vəziyyətin hansı həddə olduğunu anlamaq üçündür. Xatırladım ki, İran İnqilabı Keşikçiləri Korpusunun rəhbəri Qasım Süleymani də məhz belə aradan götürülmüşdü. Məhz bundan sonra İsrailə qarşı çoxlu iddialı təhdidlər olmuşdu, lakin onların heç biri ciddi şəkildə həyata keçirilmədi. Bütün bunlar İranın ən azı bu gün İsrailə qarşı əhəmiyyətli bir şey edə bilmədiyini göstərir.
Üstəlik, İsrail İrana qarşı məqsədyönlü təxribat və terror hücumları ilə bütün dünyaya və bu ölkənin əhalisinə ayətullahların siyasi rejiminin və İran İnqilabı Keşikçiləri Korpusunun İranın qlobal təhlükəsizliyini təmin etməkdə acizliyini nümayiş etdirir. Yəni bugünkü İran təkbaşına deyil, sırf beynəlxalq münasibətlər və ittifaqlar sistemində Çin və Rusiyanın gücünə və qüdrətinə arxalananda güclü ola bilər.
Məhz bu faktor rəsmi Tehranı İsaril tərəfdən gələcək ciddi zərbələrdən qoruyur. Bu da bütün dünyaya hər dəfə nümayiş etdirir ki, İran "kağız üzərində pələngdir" və ya 200 il bundan əvvəl Britaniya karikaturalarında təsvir olunan "fars pişiyidir"".
Siyasi analitik xüsusi olaraq vurğuladı ki, Haniyənin qətli ilə bağlı Üçüncü Dünya Müharibəsinin başlanmasından söhbət gedə bilməz:
"İranın İsrailə qarşı heç bir ciddi cavabı olmayacaq. HƏMAS nəinki ərəb dünyasında, hətta İordan çayının qərb sahilindəki fələstinlilər arasında 100 faiz dəstəyi olmayan terrorçulardır. Yəni əslində üçüncü dünya müharibəsi bir yana qalsın, İranın qisas alacağı heç kim yoxdur. Haniyənin öldürülməsindən sonra dünya heç olmasa Yaxın Şərqdən kənarda daha rahat nəfəs aldı.
Bircə qalır baxmaq ki, dünyada publik olaraq kim və hansı ifadələrlə bu aktı ittiham edəcək?! Mənə elə gəlir ki, əsas reaksiya nəzakətli susqunluq olacaq".
Aygün Mirakif,
KONKRET.az

Siyasi       Tarix: 31 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər. -ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsind

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

ABŞ-ın İranla bağlı NÜVƏ PLANI var? – Pərdəarxası məqamlar

ABŞ-ın noyabr ayında İrana nüvə zərbəsi endirə biləcəyi ilə bağlı iddialar beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq yaradıb. Xüsusilə Yaxın Şərqdə hərbi-siyasi gərginliyin artdığı bir vaxtda belə bir ssenarinin gündəmə gətirilməs

ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi

ABŞ tarixində ilk dəfə müsəlman siyasətçi Senata seçilib. KONKRET.azxəbər verir ki, demokrat namizəd, 42 yaşlı Abdul Əl-Səyyid Miçiqan ştatından senator seçkilərində respublikaçı Mayk Rocersi məğlub edərək tarixə düşüb. Misi

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. xəbər verir ki, məktubda deyilir:. "Zati-aliləri. 8 Noyabr – Zəfər Günü münasibətilə Zati-aliniz

BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?

Amerikalı populist-izolyasionistlərin seçkiqabağı çıxışlarını dinləmək bəzən absurd komediyaya baxmağa bənzəyir. MAGA şüarlı qırmızı papaq taxmış siyasətçi tribunaya çıxaraq son dərəcə sadə, lakin cəlbedici bir fikir irəl


yeni xeberler son xeberler azerbaycan xeberleri xəbərlər cebheden xeber kriminal son xəbər