Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Sənaye öhdəlikləri: arxeologiya və mədəni irsə töhfə" mövzusunda beynəlxalq simpozium təşkil olunub

Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Sənaye öhdəlikləri: arxeologiya və mədəni irsə töhfə" mövzusunda beynəlxalq simpozium təşkil olunub Noyabrın 28-də Daş Salnamə Muzeyində "Sənaye öhdəlikləri: arxeologiya və mədəni irsə töhfə" mövzusunda beynəlxalq simpozium təşkil olunub.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, tədbir Heydər Əliyev Fondunun təşəbbüsü, "BP Azerbaijan", "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti və Avstriyanın "Atelier Erich Pummer" şirkətinin təşkilatçılığı ilə keçirilib.
Simpoziumun məqsədi müxtəlif müəssisə və təşkilatların mədəni irsin qorunması istiqamətində həyata keçirdikləri layihələrin ictimaiyyətə təqdim edilməsi, bu sahədə görülən işlərə dair təcrübə mübadiləsi, eyni zamanda, qazıntı işləri zamanı üzə çıxarılan arxeoloji tapıntıların daha dərindən öyrənilməsi və təbliğidir.
Heydər Əliyev Fondunun mədəniyyət və incəsənət məsələləri üzrə eksperti Emin Məmmədov çıxış edərək, Fondun mədəni irsin qorunması istiqamətində həyata keçirdiyi fəaliyyət barədə məlumat verib. Qeyd olunub ki, mədəni irs və arxitektor abidələrin qorunması, eyni zamanda, arxeoloji araşdırmaların aparılması üzrə izlərə Fond müntəzəm olaraq müvafiq dəstək göstərir.
Tədbirdə çıxış edən "BP Azerbaijan" şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli təmsil etdiyi qurum tərəfindən həyata keçirilən layihələrdən danışıb.
Bildirib ki, şirkətin daxilində mədəni irsin qorunması planı mövcuddur. Qeyd edib ki, "BP" şirkəti neft boruların quraşdırılması zamanı və digər tikinti işləri apararkən arxeoloji tapıntılarla üzləşir. Ümumilikdə 23 min artefakt aşkar olunub: "Bu, bizim tarixi irsimizdir, bir növ milli pasportumuzdur. İrsimizi gələcək nəsillərə ötürmək hamımızın borcudur. Çünki tarixi tapıntıların qiyməti xərclənən vəsaitdən daha vacibdir".
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov bildirib ki, İçərişəhər dünya mədəniyyətinin ayrılmaz bir hissəsidir. Qeyd olunub ki, Azərbaycan mədəni irsinin qorunub saxlanılması və təbliği ölkə başçısının daim diqqət mərkəzindədir. Bununla bağlı İçərişəhərdə ötən əsrin 60-cı illərindən başlayaraq irimiqyaslı qazıntı işləri aparılıb və üç mədəni təbəqənin mövcudluğu müəyyən edilib. Bildirib ki, 2016-cı ildə başlanan qazıntılar zamanı Qoşa Qala Qapısı yanında XVII əsrə aid və dövrümüzə dəyişilməz halda çatan hamam və Bakı xanlarının evi tapılıb. Qeyd edib ki, hazırda bu tikililərin restavrasiyası davam etdirilir və işlər başa çatdıqdan sonra ərazi abadlaşdırılaraq ziyarətçilərin ixtiyarına veriləcək.
"AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib ki, təmsil etdiyi şirkət qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, qiymətli və nəcib metalların hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.
Qeyd edib ki, "AzerGold" QSC AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu ilə əməkdaşlıq edir: "Qazıntılar zamanı təqribən 6 min eksponat aşkarlanıb və Heydər Əliyev Fondunun dəstəyi ilə müvafiq razılaşmaya əsasən qəbirlərdən aşkarlanan sümük nümunələrinin izotop və radiokarbon analiz üçün xarici laboratoriyalara göndərilməsi ilə bağlı işlər görülür".
Gürcüstan Milli Muzeyinin direktoru David Lordkipanidze konfransda iştirakından məmnunluğunu ifadə edib: "Heydər Əliyev Fondunun gördüyü işlər əvəzsizdir. Bizim Muzeyin Azərbaycanla əməkdaşlıq etməsi əlbəttə ki, çox sevindiricidir. Əsas tərəfdaşımız "BP" şirkətidir, ancaq Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri olmasaydı bizim onlarla əməkdaşlığımız mümkün olmazdı".
Sonra konfrans işini plenar sessiyalarla davam etdirib. "Azərbaycanda ixrac boru kəmərlərinin marşrutu boyu arxeoloji abidələrin araşdırılması", "Gürcüstan Milli Muzeyində həyata keçirilən layihələrin icmalı", "Çovdar nekropolu", "Ətraf arxeologiyasının xilas edilməsi və İçərişəhərdə arxeoloji turizmin inkişaf etdirilməsinə dair tədqiqat" və digər mövzularda məruzələr dinlənilib.
Tədbir çərçivəsində, həmçinin qazıntılar zamanı aşkarlanmış maddi-mədəni irs nümunələrindən ibarət xüsusi ekspozisiyanın açılışı olub. Sərgi-ekspozisiya 6 ay müddətində Daş Salnamə Muzeyində nümayiş etdiriləcək.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 28 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA

2025-ci ildə iqtisadi fəaliyyət növləri və cins üzrə orta aylıq nominal əməkhaqqına dair göstəricilər qadınlarla kişilərin qazancı arasında fərqlərin mövcud olduğunu göstərir. Məlumatlara əsasən, 2025-ci ildə qadınların ort

Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR

Bu ilin 22–24 oktyabr tarixlərində Quba Palace Hotel-in nəzdində fəaliyyət göstərən Azərbaycan Milli Qolf Klubunda TURAN CUP silsiləsindən olan növbəti beynəlxalq qolf turniri keçirilib. xəbər verir ki, TURAN CUP 2026 Beynəlxal

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Azərbaycan və İndoneziya investisiya əlaqələrinin inkişafını müzakirə edib

Azərbaycan və İndoneziya arasında iqtisadi və investisiya əlaqələrinin inkişafı, institusional əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran investisiya istiqamətləri ətrafında fikir mübadiləsi aparıblar. Azərbayca

"AzerGold" QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub - FOTOLAR

"AzerGold" QSC Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 8-ci Beynəlxalq Dağ-Mədən və Metallurgiya Forumu – UIMF 2026-da təmsil olunub. Oktyabrın 27–28-də "Resurslardan qlobal imkanlara doğru" şüarı altınd

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi


yeni xeberler son xeberler azerbaycan xeberleri en son xeberler bu gun bugünki xəbərlər bu gunun xeberleri haqqinda melumat cəbhədən xəbərlər