Hikmət Hacıyev: Azərbaycan tərəfdən İrana heç bir təhdid olmayacaq
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin İran Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşündə ikitərəfli əlaqələrin genişləndirilməsinin zəruriliyi vurğulanıb.
KONKRET.az İRNA-ya istinadən xəbər verir ki, H.Hacıyev Azərbaycanın İranla bütün sahələrdə əlaqələri inkişaf etdirmək əzmində olduğunu bəyan edib.
Prezidentin köməkçisi deyib ki, Azərbaycan İranla heç bir məhdudiyyət olmadan və qarşılıqlı fayda əsasında mehriban qonşuluq şəraitində siyasi, iqtisadi və mədəni əlaqələri inkişaf etdirməkdə maraqlıdır. Onun sözlərinə görə, iki ölkə arasında münasibətlərdə əsas məqam etimadın gücləndirilməsi və anlaşılmazlıqların aradan qaldırılmasıdır.
H.Hacıyev qeyd edib ki, Azərbaycan tərəfdən İrana heç bir təhdid olmayacaq.
İran Prezidentinin müşaviri Mehdi Sənayi isə öz növbəsində bildirib ki, Azərbaycan İran üçün təkcə mühüm və dəyərli qonşu deyil, iki ölkənin xalqları bir-birinə qohum və dostdurlar.
Onun fikrincə, iki ölkə arasında münasibətlərin səviyyəsi sırf diplomatik formatdan kənara çıxmalı, digər dövlət və özəl sahələrə də yayılmalıdır:
"İnsanlar arasında təmasların dərinləşməsi əməkdaşlığın inkişafına böyük təsir göstərəcək. İranın öz qonşuları, o cümlədən Azərbaycan ilə münasibətlərdə əsas məqsədi strateji əlaqələr qurmaq, istənilən gərginlikdən uzaq olmaqdır".
M.Sənayi əlavə edib ki, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi çox kiçikdir: "Biz makroiqtisadi və ticarət layihələrini müəyyən etməklə, iş adamlarını mədəni-iqtisadi əlaqələrin inkişafı və genişləndirilməsinə cəlb etməyə çalışmalıyıq. İki ölkənin mənafeyi naminə iqtisadi əlaqələr və ticarət şəbəkəsi yaratmaq üçün lazımi imkanlar və vacib platformalar mövcuddur". (Report)
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı