Hikmət Hacıyev: 'İlham Əliyev Azərbaycanın mövqeyini açıq şəkildə ifadə etdi

Hikmət Hacıyev: 'İlham Əliyev Azərbaycanın mövqeyini açıq şəkildə ifadə etdi"Azərbaycan Respublikası Ermənistan-Azərbaycan münaqişəsinin başa çatması, ərazi bütövlüyümüzün və suverenliyimizin tam şəkildə təmin olunmasından sonra qlobal gündəlikdə duran məsələlərin və qlobal problemlərin həllinə öz töhfəsini vermək baxımından daha genişmiqyaslı və qlobal xarakterli xarici siyasət həyata keçirir. COP29 da bu xüsusda olan tədbirlərdən biridir".
azxeber.com AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev COP29 çərçivəsində noyabrın 16-da Azərbaycan Televiziyasına açıqlamasında deyib.
Hikmət Hacıyev bildirib ki, Azərbaycan Respublikası ilk növbədə, inklüziv, ədalətli və tam şəffaf şəkildə nəticəyönümlü danışıqlara və COP-un gündəliyində duran, COP29-un mahiyyətini təşkil edən iqlim maliyyələşməsi ilə əlaqədar mövzulara yaxından töhfə verəcəyini COP-un sədrliyini üzərinə götürdüyü andan etibarən açıq şəkildə bəyan edib:
"Prezident İlham Əliyev bu prosesdə Azərbaycanın mövqeyini və bütövlükdə iqlim diplomatiyası ilə əlaqədar ölkəmizin baxışını çıxışında açıq şəkildə ifadə etdi. Dövlətimizin başçısının çıxışı dünya mediası, COP-da iştirak edən çoxsaylı ekspertlər və xarici ölkələrin nümayəndələri tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.
Prezident İlham Əliyev tərəfindən digər məsələlərdə olduğu kimi, bu məsələdə də beynəlxalq ictimaiyyətlə açıq və səmimi dialoq həyata keçirildi ki, biz yaşıl transformasiya barəsində yalnız ümumi sözlərlə danışmaqla iqlim problemini qlobal miqyasda həll etmiş olmuruq. Dünyada əsas çirkləndirici faktorlar, ölkələr var. COP-u keçirən ölkələrə münasibətdə aparılan feyk xəbər və propaqanda xarakterli çirkin kampaniyaları, tendensiyaları kənara qoyaraq, əsas çirkləndirici faktorların miqyası və ölkələrin tutduqları rol barədə açıq və səmimi danışmaq lazımdır. Ona görə də Azərbaycan Prezidentinin tezisləri aparılan müzakirələrdə ana xətti müəyyən edən istiqamətlərdən biridir və bu, dünyanın mütləq əksəriyyətinin fikirləri ilə üst-üstə düşməklə yanaşı, xüsusilə inkişaf etməkdə olan ölkələrin baxışlarını əks etdirir".
"Bir faktı nəzərə almaq lazımdır ki, Prezidentin tezisləri Paris Razılaşmalarının mahiyyətinə və fəlsəfəsinə tamamilə uyğundur. Paris Razılaşmaları əldə edilən zaman ana konsepsiya o qoyulmuşdu ki, burada dövlətlərin ümumi, lakin fərqləndirici məsuliyyətləri var. Bu o deməkdir ki, sənaye inqilabından başlayaraq, dünyada karbon emissiyalarının artmasında məhz inkişaf etmiş ölkələrin xüsusi məsuliyyəti var. Ona görə də dünyanın bugünkü maliyyə hədəflərinin müəyyən edilməsində və onun müqabilində töhfələrin verilməsində inkişaf etmiş ölkələrdən böyük gözləntiləri var", - deyə Prezidentin köməkçisi xüsusi vurğulayıb.

Siyasi       Tarix: 17 noyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

İham Əliyev İliyana Yotovanı təbrik etdi

Prezident lham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovaya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstan Respublikasının Prezident

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei

ABŞ-ın aralıq seçkilərinin nəticələri Vaşinqtonun İrana qarşı düşmənçiliyini dəyişdirməyəcək. axaraz-a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri Müctəba Xameneinin adından yayılan açıqlamada bildirilib. "Partiy

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd


azerbaycan xeberleri yeni xeberler son xeberler sou xeberler bugun son xeberler bugun 2026 azerbaycan en yeni xeberler qarabag