Hökümənin önə çağırdığı 20 nəfər

Hökümənin önə çağırdığı 20 nəfərÖlümlə ilk dəfə üz-üzə gələndə anama bərk-bərk sarıldığımı xatırlayıram. Dəm qazından boğulmuşdum, gözlərim hər yeri qaranlıq görürdü. Anamı o zülmətin içində neçə tapmışdım, açığı, bilmirəm. Mən anama, anam isə Allaha yalvarırdı...
Reanimasiyada gözüm aydın görəndə, anama artıq göz aydınlığı verilirdi. Həkim dedi ki, xəstəxanaya zamanında çatdırılmısan, anan namaz üstündəymiş... İşə bax, namazın da tərsoxunuşu zamandır...
Nə yalan deyim, anam nə qədər sağdır, ölümdən qorxuram...
Mənə 13 il əvvəlki bu hadisəni 13 yaşında təyyarə qəzasında həlak olan Məhəmmədəlinin ölümü xatırladır. Qroznıya tək uçurmuş. 
Yaşından asılı olmayaraq, o təyyarədə olan hər kəs qorxub, bu, şübhəsizdir. Amma 50-60 yaşında olan birinin qorxunun öhdəsindən gəlməsi ilə Məhəmmədəlininki eyni deyildi. Bəs, görəsən, o qorxduğu anda hava gəmisində kimə sarılıb? Onu bağrına basıb sakitləşdirən, tanımadığı uşağa analıq edən kim olub? Demirəm ha, analıq edən olubmu? Deyirəm, kim olub?.. 
Normalda belə durumlarda hamı öz canı hayında olur. Amma göyərtədə çəkilmiş 3-5 kadrı birləşdirəndə görürsən ki, heç də belə deyil, təyyarədə hamı bir-birinin həyatda qalması üçün çalışıb. Qəhrəman pilotdan tutmuş, bələdçi Hökümədən və onun çağırışına uyğun tarazlığı saxlamaq üçün ön sıraya gələn 20 nəfərədək...
Guya o 20 nəfər bilmirdi ki, təyyarə yerə dəyəndə birinci ön hissə parçalanacaq? Qəhrəmanlıq göstərib 30-cı sıradan sonra əyləşib həlak olanların bəlkə də tək məqsədi elə Məhəmmədəlini qorumaq idi...
Mütəxəssislərin də dediyi kimi, təyyarə bütöv şəkildə yerə dəysə idi, oradan sağ çıxan olmayacaqdı. Ya ön təkəri seçməli idilər, ya da arxa.
Pilot öz həyatı hesabına ön təkəri seçib 29 nəfərin sağ qalmasında böyük qəhrəmanlıq, sərnişinlərdən birinin ölümünə hazırlaşıb Kəlmeyi-Şəhadət gətirdiyi anda digər tərəfdə "Hər şey yaxşı olacaq" deyən bələdçi isə peşəkarlıq nümunəsi göstərdi.
Bir az sonra təyyarə qəzaya uğrayacaq, Hökümə yenə də o mədəniyyətini qoruyur, müraciətində "Hörmətli sərnişinlər!" deyir. Bir az sonra bütün dünya bu qəzadan danışacaq, Hökümə yenə də sərnişinlərə dəhlizdə durmağın onların həyatı üçün təhlükəli olduğunu bildirir.  
O titrək səsiylə "Hamı kəmərləri bağlasın" deyir...
Bu qızın, o kapitanın ürəyinin böyüklüyü təyyarəni vuranların ölkəsindən çox-çox böyük imiş... / azxeber.com

Siyasi       Tarix: 29 dekabr 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb

Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi

İranın Ermənistandakı səfirliyinin rəsmi sosial media hesabında İrəvanın Göy məscidi haqqında videomaterial yayımlanıb. xəbər verir ki, paylaşımda tarixi faktlar birtərəfli və təhrif olunmuş şəkildə çatdırılıb. Göy məscidi

ABŞ demokratlarında parçalanma: Heyli Stivens niyə öz partiyasının namizədindən üz döndərdi?

Ceyms Kirçik "The Free Press" nəşrində yazır:. İki il əvvəl Miçiqan ştatından demokrat konqresmen Elissa Slotkin ABŞ Senatına namizədliyini irəli sürərkən keçmiş həmkarı, respublikaçı Liz Çeyninin dəstəyini qürurl

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib. Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Aparatını

İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütü

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən görüntülər son.xeberler en son xeberler bu gun xəbər.az