Hüseyni aldatdılar: 'Heç kim məndən yardım gözləməsin
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial mediadan ona ünvanlanan yardım mesajlarından danışıb.
azxeber.com xəbər verir ki, musiqiçi aldadıldığını bildirib.
O, etibarından sui-istifadə edildiyi üçün artıq heç kimə yardım etməyəcəyini deyib:
"Hər gün mənə yardımla bağlı saysız-hesabsız mesajlar gəlir. Bacardığım qədər dəstək olmağa çalışmışam. Dünən bir zəng gəldi ki, uşağım ağır ürək əməliyyatı olunub, xəstəxanadadır. Ona təcili maddi kömək lazımdır. Dostum yardım göndərdi, mən də dedim ki, məni görüntülü yığın, xəstəxananı görüm, nə probleminiz varsa deyin, kömək olum. O anda qardaş başladı bəhanələr eləməyə, sonda da dedi ki, mənim başqa problemlərim var.
İnsan necə yalandan övladının adından belə şeylər edə bilər? O qədər həqiqi xəstələr var ki, belə yalançılara görə biz xəstə insanlara da kömək edə bilmirik. Bu zəngi araşdırmasaydım mən də inanacaqdım, pul göndərəcəkdim. Ona görə də artıq bütün yardımlara son qoyuram. Bundan sonra mənə heç kim köməklə bağlı mesaj yazmasın. Xəstəni gözümlə görməsəm, heç kimə yardım etməyəcəyəm".
Aysel
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır
Ödənişli yolda yük maşını aşdı - Ölən var
İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı
Paşinyan razılaşmaya əməl edəcəkmi? - Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi
Sülh müqaviləsinin imzalanacağı tarixi açıqladı
Ermənistanla bağlı qətnamələr 30 il niyə icrasız qaldı? – Politoloqdan AÇIQLAMA
Ferhat Göçer Bakıda konsert verəcək
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq
Azərbaycan məşhur yapon serialında - Foto
Avropanın 6 ölkəsində Ermənistanı sorğulayan aksiyalar təşkil edilib
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür