IBA Tech Akademiyası layihəsi Beynəlxalq Əmək Təşkilatı və ASK-nın mükafatını qazandı

IBA Tech Akademiyası layihəsi Beynəlxalq Əmək Təşkilatı və ASK-nın mükafatını qazandıAzərbaycan Beynəlxalq Bankı Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Korporativ Sosial Məsuliyyət layihələrinin qiymətləndirilməsi məqsədilə keçirdiyi müsabiqənin qaliblərindən olub. Bank bu il reallaşdırdığı IBA Tech Akademiyası layihəsinə görə ölkəmizdə korporativ sosial layihələrdə fəal iştirak edən biznes qurumu kimi mükafatla təltif edilib. Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində noyabrın 21-də "Fairmont" otelində "Dayanıqlı inkişaf məqsədləri və biznes mühiti" mövzusunda keçirilən konfrans zamanı mükafat Azərbaycan Beynəlxalq Bankına təqdim edilib.
Belə bir müsabiqənin məqsədi ölkəmizdəki biznes subyektlərinin həyata keçirdiyi Korporativ Sosial Məsuliyyət layihələrinin sayının artırılmasına nail olmaq, bu sahədə motivasiya yaratmaqdır. Müsabiqəyə ölkənin ayrı-ayrı aparıcı biznes qurumları öz KSM layihələrini təqdim ediblər. Layihələrin qiymətləndirilməsi Beynəlxalq Əmək Təşkilatı ilə birlikdə həyata keçirilib. Bu zaman layihələrin dayanıqlı iqtisadi inkişafa dəstək səviyyəsi, əhatə dairəsi, məzmunu, cəmiyyətə faydaları və s. bu kimi amillər nəzərə alınıb.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı IBA Tech Akademiyasını bu ilin sentyabrında yaradıb. Burada məqsəd ölkəmizin əmək bazarındakı ehtiyacları nəzərə alaraq peşəkar informasiya texnologiyaları mütəxəssislərinin hazırlanmasına dəstək olmaqdır. Akademiyanın ölkəmizin biznes mühitində ilk dəfə reallaşdırdığı sosial layihəsi çərçivəsində burada təhsil ödənişsizdir. Hazırda 100-dən artıq gənc IBA Tech Akademiyasında təşkil olunan ilk intensiv bootcamp kurslarında ölkəmizin əmək bazarında xüsusilə böyük tələbat olan FrontEnd və BackEnd proqramlaşdırma biliklərinə yiyələnir.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müşaviri Zaur Ələkbərov bildirib: "IBA Tech Akademiyası layihəsinin qazandığı mükafat, bu təşəbbüsümüzün  mühüm ictimai faydalarından irəli gəlir. Azərbaycan Beynəlxalq Bankı cəmiyyətimizin yüksək maraq və rəğbətlə qarşıladığı bu cür gərəkli layihələri bundan sonra da davam etdirəcək".
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. /news.milli.az

İqtisadiyyat       Tarix: 24 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA

2025-ci ildə iqtisadi fəaliyyət növləri və cins üzrə orta aylıq nominal əməkhaqqına dair göstəricilər qadınlarla kişilərin qazancı arasında fərqlərin mövcud olduğunu göstərir. Məlumatlara əsasən, 2025-ci ildə qadınların ort

Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR

Bu ilin 22–24 oktyabr tarixlərində Quba Palace Hotel-in nəzdində fəaliyyət göstərən Azərbaycan Milli Qolf Klubunda TURAN CUP silsiləsindən olan növbəti beynəlxalq qolf turniri keçirilib. xəbər verir ki, TURAN CUP 2026 Beynəlxal

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Azərbaycan və İndoneziya investisiya əlaqələrinin inkişafını müzakirə edib

Azərbaycan və İndoneziya arasında iqtisadi və investisiya əlaqələrinin inkişafı, institusional əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran investisiya istiqamətləri ətrafında fikir mübadiləsi aparıblar. Azərbayca

"AzerGold" QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub - FOTOLAR

"AzerGold" QSC Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 8-ci Beynəlxalq Dağ-Mədən və Metallurgiya Forumu – UIMF 2026-da təmsil olunub. Oktyabrın 27–28-də "Resurslardan qlobal imkanlara doğru" şüarı altınd

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi


yeni xeberler son xeberler azerbaycan xeberleri en son xeberler bu gun bugünki xəbərlər bu gunun xeberleri haqqinda melumat cəbhədən xəbərlər