İcbari tibbi sığortaya qoşulan özəl xəstəxanaların sayı artıb - SİYAHI

İcbari tibbi sığortaya qoşulan özəl xəstəxanaların sayı artıb - SİYAHIVətəndaşların Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərə əlçatanlığını yüksəltmək məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı özəl tibb müəssisələrinin sayı 56-ya qədər artırılıb.
Bu barədə KONKRET.az-a Dövlət Agentliyindən məlumat verilib.
Qeyd edək ki, icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara 2550 sayda tibbi xidmət göstərilir. Həmin tibbi xidmətlərdən vətəndaşlar "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində istifadə edə bilərlər. TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinə göndəriş verilir. Vətəndaş verilən göndəriş vərəqəsi əsasında özəl tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlanır.
Vətəndaş göndəriş vərəqəsi olmadan özəl tibb müəssisələrinə birbaşa müraciət etdikdə isə tibbi xidmətdən öz vəsaiti hesabına yararlanır.
Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin siyahısı, ünvan və əlaqə nömrələri Agentliyin rəsmi internet səhifəsində () yerləşdirilib:
1. Bakı Sağlamlıq Mərkəzi
2. Mərkəzi Klinik Xəstəxana
3. Caspian International Hospital
4. Respublika Diaqnostika Mərkəzi
5. Gəncə Müalicə-Diaqnostika Mərkəzi
6. Gəncə Beynəlxalq Xəstəxanası
7. Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası
8. Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsi
9. Zəfəran hospital
10. EGE Hospital
11. Sumqayıt Hospital
12. Avrasiya Hospital
13. Xüsusi Müalicə Sağlamlıq Kompleksi
14. Leyla Medical Center
15. Badam Medical Center
16. Lor Hospital
17. Məlhəm Beynəlxalq Hospital
18. "OKİ" Özəl Tibbi Müalicəxanası (Qusar rayonu)
19. Oksigen Klinik Xəstəxanası
20. Diaqnoz Tibb Mərkəzi
21. Baku City Hospital
22. Mediland Hospital
23. Medera Hospital
24. Stimul Hospital
25. Medistyle Hospital
26. Batıgöz Medical Plaza
27. Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası
28. İstanbul NS klinikası
29. Olimp Hospital
30. Kəpəz Hospital
31.Salam Doktor
32. Bioloji Təbabət Klinikası (Masallı rayonu)
33. Real Hospital
34. Turan Hospital
35. Referans Klinik Laboratoriya Mərkəzi & Poliklinik (Mərkəzi filial)
36. Dünyagöz
37. Regional Hospital (Mingəçevir şəhəri)
38. Səhhət Azərbaycan-Almaniya Klinikası
39. Spero Hospital (Dobromed)
40. Milan Hospital
41. Referans Qəbələ Tibb Mərkəzi
42. Celamig Göz Klinikası
43. Referans Klinik Laboratoriya Mərkəzi & Poliklinik (Əhmədli filiallı)
44. Funda Hospital
45. Fonus Eşitmə Mərkəzi
46. Bona Dea Beynəlxalq Hospital
47. Unikal Klinika (Sumqayıt şəhəri)
48. İstanbul Klinika
49. Liman Klinika (Sumqayıt şəhəri)
50. Briz-L Göz Klinikası
51. MasMedical Center Referans (Masallı rayonu)
52. Premium Clinic
53. Bakı Göz Klinikası
55. Asmed Klinikası
55. Amana Clinic
56. DİN Tibb İdarəsinin A.Heydərov adına Respublika Hospitalı
Qeyd edək ki, özəl tibb müəssisələrinin sayı mütəmadi olaraq yenilənir.

Sağlamlıq       Tarix: 06 may 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Ölkəmizdə Hantavirus yayılıb? - RƏSMİ

Bir sıra Avropa ölkələrində Hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Virusa yoluxm

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki

Yaponiyada 2028-ci ildən insanlara donuz böyrəyi köçürüləcək

Yapon startapı PorMedTec 2028-ci ildə genetik modifikasiya edilmiş donuz böyrəklərinin insanlara transplantasiyası üzrə ilk klinik sınaqlara başlamağı, 2029-cu ildə isə bu texnologiyanın şərti təsdiqi üçün müraciət etməy

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama

İsti vannada cəmi 30 dəqiqə keçirmək qan təzyiqinin azalmasına və damarların genişlənməsinə kömək edə bilər. Yeni araşdırmada bu təsirin bəzi göstəricilər üzrə orta intensivlikli fiziki məşqlərdən daha güclü olduğu müəyyə

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v

Ödemi azaltmağa kömək edən bitki çayları - Hansı daha FAYDALIDIR?

Bədəndə mayenin normadan artıq toplanması nəticəsində yaranan ödem bir çox insanın qarşılaşdığı problemlərdən biridir. xəbər verir ki, xüsusilə isti havalarda, uzun müddət hərəkətsiz qalanda və ya duzlu qidaların həddində


yeni xeberler son xeberler azerbaycan xeberleri en yeni xeberler siyaseti xeberler bugun cəbhədən son xeber son xəbərlər azərbaycanda