II Elizabet - dünya tarixinin 70 ilinin şahidi - ŞƏRH + FOTO

II Elizabet - dünya tarixinin 70 ilinin şahidi - ŞƏRH + FOTOII Elizabet - dünya tarixinin 70 ilinin şahidi - ŞƏRH + FOTO
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kraliçası Elizabet Aleksandra Mariya Vindzor vəfat etdi. Dünya tarixində çoxlu dövlət başçıları ölüb. Ancaq onların arasında elələri var ki, xatırlananda böyük tarixi hadisələr, tanınmış insanlar, yeni kəşflər və s. bu kimi məsələlər də yada düşür.
Kraliça Elizabet belə şəxsiyyətlərdən idi. O, 1926-cı il aprelin 21-də Meyferddə, Böyük Londonda anadan olub. II Elizabet 1952-ci il fevralın 6-da taxt-taca sahib olub, 1953-cü il iyunun 2-də isə rəsmi tacqoyma mərasimi keçirilib. O, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kraliçası, həmçinin Millətlər Birliyinin sədri və bu birliyə daxil olan 17 dövlətin - Avstraliya, Antiqua və Barbuda, Baham adaları, Beliz, Qrenada, Kanada, Yeni Zelandiya, Papua-Yeni Qvineya, Sent-Vinsent və Qrenadin, Sent-Kits və Nevis, Sent-Lüsiya, Solomon adaları, Tuvalu, Yamaykanın kraliçası, Fici Respublikasının Ali Başçısı, Anqlikan Kilsəsinin başçısı, Böyük Britaniya Silahlı Qüvvələrinin Ali Baş Komandanı, polkovnik, Men adalarının lordu idi. Elizabet 1953-cü il mayın 29-dan 1961-ci ilədək Cənubi Afrika İttifaqının kraliçası olub. Böyük Britaniya tərkibində dörd dövlət – İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiya olmaqla konstitusiyalı monarxiyadır. Vindzorlar sülaləsinin nümayəndəsi idi.
II Elizabet - dünya tarixinin 70 ilinin şahidi - ŞƏRH + FOTOQeyd edək ki, Böyük Britaniya monarxının səlahiyyətləri 1689-cu ildə "Hüquqlar haqqında bill" ilə məhdudlaşdırılıb. "Tacın varisliyini nizamlayan, təbəənin hüquq və azadlıqlarını bəyan edən akt" 1689-cu il dekabrın 16-26-da baş vermiş "Şanlı İnqilab" nəticəsində İngiltərə Parlamenti tərəfindən qəbul edilmiş aktdır. Britaniya Konstitusiyasının əsas hissələrindən biri, insan hüquqlarını qanuni olaraq təsdiq edən ilk sənədlərdəndir. Üç əsrdən artıqdır ki, Britaniya monarxının səlahiyyətləri məhdudlaşdırılıb. Onun fəaliyyəti daha çox rəmzi xarakter daşıyır. Bununla belə, onun sənədlərin qəbul edilməsi və hökumət başçısının təsdiqi ilə bağlı müəyyən həlledici səlahiyyətləri var.
Kraliça 70 ilə yaxın dövr ərzində Birləşmiş Krallıqda birləşdirici fiqur rolunda çıxış edib. Bəs II Elizabetin hakimiyyəti illərində yada ilk olaraq hansı hadisələr düşür? Onun dövlət başçısı olduğu ilk illərdə baş nazir İkinci Dünya müharibəsinin qaliblərindən olan Uiston Çörçil idi. Ovaxtkı SSRİ-yə isə İosif Stalin başçılıq edirdi. Böyük Britaniya İkinci Dünya müharibəsindən sonra müstəmləkə torpaqlarının böyük bir hissəsindən çıxdı. Hindistan, Pakistan, Banqladeş və s. dövlətlər yarandı. Ölkədə kommunistlərin, sol ideologiyanın daşıyıcılarının sayı kəskin artdı. İranın Orta Şərqdə əsas müttəfiqlərindən sayılan Britaniyaya qarşı hərəkat baş verdi, Pəhləvilər rejimi devrildi, Xomeyni və Xamenei hakimiyyətə gəldilər. Ölkə iqtisadiyyatında böhran, siyasi gərginlik yeni liderin meydana çıxmasına şərait yaratdı. Ötən əsrin 70-ci illərində Marqaret Tetçer baş nazir oldu. "Dəmir ledi" keçmiş SSRİ-nin dağılmasında rol oynamış əsas siyasi fiqurlardan sayılır. Düzdür, o, sovetlər süquta uğrayanda hökumət başçısı deyildi. Ancaq 70-ci illərdə krallıqda sovetlərə qarşı çıxış edən başlıca siyasətçilərdən idi.
II Elizabet - dünya tarixinin 70 ilinin şahidi - ŞƏRH + FOTOII Elizabet dünyanın ən böyük imperiyası sayılan sovetlərin dağılmasının şahidi oldu. Avropada müharibə və silahlı münaqişə, Yuqoslaviya Sosialist Federativ Respublikasının parçalanması da yada düşür.
Kraliçanın hakimiyyəti illərində Böyük Britaniya real parçalanma təhlükəsindən xilas olub. "Şin Feyn" Partiyası və İrlandiya Respublika Ordusu İrlandiya Respublikası ilə Şimali İrlandiyanın birləşməsi uğrunda mübarizənin güclənməsi, onlarla danışıqlar, əldə edilən razılıqlar və s. yada düşür. Şotlandiyada keçirilən müstəqillik haqqında referendum da Böyük Britaniya üçün həyəcanlı günlər idi.
Kraliçanın hakimiyyəti illərindən bəhs edəndə "Ərəb baharı", ərəb dövlətlərində diktatorların - Misirdə Hüsnü Mübarək, Liviyada Müəmmar Qəddafi, İraqda Səddam Hüseyn və başqalarının hakimiyyətinin devrilməsi ilə bağlı hadisələr də xatırlanır. Suriya, Yəmən və Ukraynanın xarabazara çevrilməsi yada düşür. "Əl-Qaidə", İŞİD, PKK, ASALA kimi terror təşkilatlarının yaranması və fəaliyyəti də xatirələrdədir.
Əfqanıstanda monarxın devrilməsi, sovet qoşunlarının bu ölkəyə girməsi və çıxması, "Taliban"ın Əfqanıstanda iki dəfə hakimiyyətə gəlməsi, Britaniyanın bu məsələdə fəallığı da unudulacaq tarixi hadisələr deyil. Kraliça xatırlananda Yunanıstanda, İspaniyada, Fransada diktatura rejimlərinin siyasi səhnədən getməsi kimi Avropa üçün taleyüklü olaylar qeyd edilir. Britaniyanın ABŞ-la ən yaxın müttəfiqliyini nəzərə alsaq, Vyetnamın Ştatlarla strateji əməkdaş olmasına dair razılaşmanı xatırlamalıyıq. Papa Benediktin istefası da kraliçanın yaşadığı illərdə baş verib. Britaniya-Vatikan əlaqələrindən danışanda bu məsələ xatırlanacaq...
II Elizabet - dünya tarixinin 70 ilinin şahidi - ŞƏRH + FOTONəhayət, II Elizabetdən bəhs edəndə Rusiyanın Ukraynada apardığı müharibə və Böyük Britaniyanın bu istiqamətdə oynadığı fəal rol da yada düşəcək. Britaniyanın taleyüklü hadisələri illərində baş nazirlər olmuş Tereza Mey, Boris Consondan da bəhs ediləcək. Yeni baş nazir adaşı Trasdan da söz açılacaq. O, Böyük Britaniyanın 78-ci və kraliçanın 70 illik hakimiyyəti illərində qəbul etdiyi 15-ci baş nazirdir. Yarım əsr əvvəlki kimi, krallıqda Rusiya hakimiyyətinə qarşı radikal çıxış edən yeni şəxs, Elizabet Trass hökumət başçısı seçilib.
Ötən illərdə kraliçanın ailəsində qalmaqallar da olub - şahzadə Diananın ölümü, nəvələrin ailə qurduqları xanımlarla bağlı gəzən söz-söhbətlər və s.
II Elizabet uzunmüddətli və uzunömürlü kraliça olaraq rekord vurduğu kimi, uzunömürlü ailə başçısı da olub. O, şahzadə-konsort, Edinburqun hersoqu Filipp Maukbettenlə 1947-ci il noyabrın 20-dən 2021-ci il aprelin 9-dək ailəli olub. Hersoq Filipp 1921-ci ildə Yunanıstanda anadan olub, 2021-ci il aprelin 9-da Britaniyada vəfat edib.
II Elizabet təkcə ölkəsində və dünyada baş vermiş önəmli hadisələrin şahidi deyil, həm də tarixin sirlərini özü ilə məzara aparan kraliçadır. Beləliklə, məşhur deyimi Britaniyadakı vəziyyətə uyğunlaşdırsaq, belə olar: "Kraliça öldü, yaşasın III Çarlz!"
"Report" İnformasiya Agentliyi

Maraqlı     Baxılıb: 323   Tarix: 09 sentyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz. Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə qədər artacağını müəyyən ediblər. Beynəlxalq alimlər qrupu 2050-ci ilə qədər qlobal ömür uzunluğu il

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO. ABŞ-də rüşvətdə ittiham olunan Nyu-Cersi ştatının ermənipərəst senatoru Bob Menendesin vəkili bütün günahları onun arvadının üzərin

Günəşdə nəhəng ləkə peyda oldu - FOTO

Günəşdə nəhəng ləkə peyda oldu - FOTO. Günəşdə nəhəng ləkə peyda olub. Bu barədə alimlər xəbərdarlıq ediblər. Bildirilib ki, "AR3664" adlandırılan günəş ləkəsi hazırda o qədər böyüyüb ki, Yerdən 15 dəfə genişdir

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO. ABŞ-nin Şimali Karolina ştatının sahillərində iki sıra əyri, dişəbənzər kənarları olan qorxunc, nəhəng kəllə sümüyünün bir hissəsi aşkar edilib

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO. Əbu-Dabi - səhranın üstündə yüksələn şəhərdir. Birləşmiş Ərəb Əmirliklərinin yeddi əmirliyindən biri və ölkənin biznes, siyasi

Nebahat Çehredən pərəstişkarlarını qorxudan xəbər - FOTO

Nebahat Çehredən pərəstişkarlarını qorxudan xəbər - FOTO. Türkiyənin məşhur aktrisası Nebahat Çehredən pərəstişkarlarını kədərləndirən xəbər gəlib. Belə ki, aktrisa təcili xəstəxanaya yerləşdirilib. Məlumata görə, N.Çehreni

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ. 1911-ci ildə Zaqulbada işləyən ailələrin uşaqları üçün sümük-vərəm xəstəlikləri sanatoriyası açılıb. Belə ki, buranı həmin dövrdə yaşayan professo

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır. "Neuralink" şirkəti insana düşüncənin köməyi ilə qadcetləri idarə etməyə imkan verəcək "Telepathy" implantı ilə eksperiment üçün dah

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO. Məşhur rusiyalı aktyor və yumorist Maksim Qalkinin arvadı Alla Puqaçovadan əvvəl kiminlə sevgili olduğ


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeberler az metbuat cəbhədən son xəbərlər 2026 xeber.az