III Karl qəzəbləndi: "Buna nifrət edirəm" – FOTO/VİDEO
III Karl qəzəbləndi: "Buna nifrət edirəm" – FOTO/VİDEO
Böyük Britaniya Kralı III Karl mürəkkəbli qələmə görə əsəbini saxlaya bilməyib və söyüş söyüb.
Hadisə monarx Şimali İrlandiyanın Daun qraflığında rəsmi kral iqamətgahı olan Hillsboro qalasında ziyarətçilər kitabına qeyd yazarkən baş verib.
Bununla bağlı video sosial şəbəkələrdə yayılıb.
Kadrlardan görünür ki, əvvəlcə III Karl səhv tarix yazıb, ancaq bunu başa düşərək köməkçisindən ayın tarixini soruşub. Sonra qələmin mürəkkəbi axıdaraq əlini ləkələdiyini görüb və əsəbiləşib.
"Aman Allahım, mən buna nifrət edirəm", - deyən kral əşyanı kraliça-konsort Kamillaya ötürüb.
Dövlət başçısının xanımı qələmin axmaqda davam etdiyini görüb köməkçilərinə verib.
Monarx isə dəsmalı ilə əlinə yayılan mürəkkəbi silərək qəzəbli səslə deyib: "Mən bu lənətə gəlmiş şeyi istifadə edə bilmirəm... Hər dəfə eyni iyrənclik".
Xatırladaq ki, 73 yaşlı III Karl sentyabrın 8-də anası II Elizabetin 96 yaşında vəfatından sonra Böyük Britaniya kralı olub. Kraliçanın dəfn mərasimi sentyabrın 19-na təyin edilib.
Mənbə: Sky News

AZAL bəzi reysləri təxirə saldı – Sərnişinlərə xəbərdarlıq
Azərbaycan Hava Yollarının Yay Təcrübə Proqramına müraciətlər 4 dəfədən çox artdı - FOTOLAR
Bu ərazilərdə işıq olmayacaq
İlham Əliyev Malavi liderini təbrik etdi
Biznes sahibi olan məşhurlar: Kim hansı sahəyə sərmayə yatırıb?
Prezident Rüfət Hacıəlibəyova yüksək vəzifə verdi
Ankara Zirvəsi ilə bağlı sensasion detallar: NATO Rusiyaya qarşı yeni strategiya hazırlayır?
Prezident Neft Fondunun ötənilki büdcəsinin icrasını təsdiq etdi
Messi iki rekorda imza atdı
Yeni dələduzluq üsulu yayıldı - DİN-dən əhaliyə xəbərdarlıq
15 yaşlı qız itkin düşdü
Əmircanda bacısının nişanlısını bıçaqlayan şəxsə hökm oxunub
Sabirabadda güllələnmiş kişi meyiti tapıldı
Yumurtanın təzə olub-olmadığını necə yoxlamaq olar?
İyulun 10-da su kəsiləcək - Bu ərazilərdə