İki müttəfiq ölkənin vətəndaş cəmiyyəti əlaqələrini inkişaf etdirir
Dünən Bakıda İctimaiyyətlə əlaqələrin İnkişafına Kömək İctimai Birliyinin sədri, əməkdar jurnalist Şəlalə Həsənova və Ozbəkistan Qadınlar və Qızlar İttifaqının sədri Nasiba Miradilova gorüşərək 2024-cü ilin dekabrında Daşkənddə Özbəkistan-Azərbaycan QHT-lərinin forumunda imzaladıqları Əməkdaşlıq haqqında memorandumun maddələrinə əsasən işgüzar müzakirə aparmış və hazırladıqları yeni strategiyanı müəyyənləşdirmişdirlər.
azxeber.com xəbər verir ki, bir sıra layihə təkliflərinə baxandan sonra tərəflər qadınların və qızların dayanıqlı inkişafa dair sosial və media proqramlarının hazırlanması barədə razılığa gəlmişlər.
Həmçinin QTT rəhbərləri Azərbaycan və Özbəkistan arasında imzalanan sazişlərın təsdiqlənməsinin əhəmiyyətini qeyd edərək, ətraf mühitin mühafizəsi sahəsində, elm, peşə təhsilində əməkdaşlığa dair Sazişlərinin iki ölkənin ictimai birliklərinin birgə fəaliyyətində əhəmiyyəti haqqında daışdılar.
Ötən müddət ərzində Ş. Həsənova və N.Miradilova mütəmadi olaraq QHT fəallarının iştirakı ilə onlayn görüşlər keçirmiş, Azərbaycan və Özbəkistan qadınlarının yaxınlaşmasına və tanıtımına dair imkanlarını müəyyənləşdirmiş, müxtəlif platformalarda fikir mübadiləsi təşkil etmişlər.
Qeyd edək ki, Azərbaycanla Özbəkistan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalandıqdan sonra dövlətlərarası fəaliyyətin möhkəmləndirilməsində yeni əlamətdar mərhələ başlandı. Bu mühüm hadisə iki ölkənin vətəndaş cəmiyyətlərinin qarşılıqlı əlaqələrinin genişlənməsində də öz əksini tapdı. 2024-cü ilin dekabr ayında Özbəkistan ilk Mərkəzi Asiya ölkəsi oldu ki, orada Azərbaycan QHT-ləri ilə əməkdaşlıq forumu keçirildi və əməkdaşlıq haqqında memorandumlar imzalandı.




Yelo Sabit əmanət ilə illik 11.5%-dək yüksək gəlir
"Pəncəli Ürəklər" aksiyası çərçivəsində sahibsiz heyvanlar üçün yuvaların sayı 35-ə çatdı
Zelenski onunla görüşdən bəhs etdi
Bağçalı mənzil həyət evini əvəz edə bilərmi?
TuranBank və ITFC arasında maliyyələşmə üzrə uğurlu əməkdaşlıq davam edir
Misirdə ABŞ obyekti VURULDU
Hakan Fidan HAMAS nümayəndə heyətini qəbul edib
Zaqatalada ağır qəza: Bir ailənin 4 üzvü yaralandı
İsveçdə 20 futbolçu itkin düşdü
Dövlət başçısı Dünya Güləş Birliyinin prezidentini qəbul etdi - FOTOLAR
Prezidentdən Esmira Cəfərova ilə bağlı SƏRƏNCAM
Milli Məclisin nümayəndə heyəti Efiopiyada tarixi məkanları ziyarət edib - FOTOLAR
"WhatsApp Web" istifadəçilərinə şad xəbər
Çörək bahalaşacaq?
Kəmaləddin Heydərov xanımı ilə festivalı izlədi - FOTO