İlham Əliyev Misir Prezidentinə təbrik məktubu göndərib

İlham Əliyev Misir Prezidentinə təbrik məktubu göndəribPrezident İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisiyə təbrik məktubu göndərib.
azxeber.com xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Misir Ərəb Respublikasının milli bayramı – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Biz Misir ilə ənənəvi dostluq və əməkdaşlıq münasibətlərimizə böyük əhəmiyyət veririk. Hazırda ölkələrimiz arasında əlaqələrin dərinləşməsi, müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsi və yeni məzmunla zənginləşməsi üçün yaxşı imkanlar yaranmışdır. Siyasi dialoqumuzun müntəzəm xarakter daşıması birgə fəaliyyətimizin inkişafına öz müsbət təsirini göstərir. Bu baxımdan iyun ayının əvvəlində Misirə həyata keçirdiyim səfər çərçivəsində əldə olunmuş razılaşmaların və imzalanmış sənədlərin əhəmiyyətini xüsusi vurğulamaq istərdim.
Əminəm ki, dövlətlərarası münasibətlərimizi möhkəmləndirmək, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı maraq doğuran əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Misir xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Siyasi     Baxılıb: 279   Tarix: 24 iyul 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan Kosta Rika Prezidentinin andiçmə mərasimində təmsil olunub - FOTO

Kosta Rikanın paytaxtı San Xose şəhərində ölkənin yeni seçilmiş Prezidenti Laura Fernandesin andiçmə mərasimi keçirilib.  Azərbaycanın Kosta Rikadakı səfirliyinə istinadən xəbər verir ki, yüzə yaxın ölkədən nümayəndə heyətlərini

Putin "boşanma" dedi, İrəvan "tələsmirəm" cavabı verdi - Ermənistan hansı yolu seçəcək?

Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyan Rusiya Prezidenti Vladimir Putinin İrəvana münasibətdə "boşanma" ehtimalı barədə açıqlamasını şərh edib. xəbər verir ki, Mirzoyan bunları bildirib:. "Biz həmiş

İran bu ölkəyə də xəbərdarlıq etdi

Əgər Bəhreyn ABŞ-ın qərarlarını dəstəkləsə, Hörmüz boğazı onlar üçün də bağlı olacaq. xəbər verir ki, bunu İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici İşlər Komissiyasının rəhbəri İbrahim Əzizi Bəhreyndə SEPAH-la bağl

Tofiq Zülfüqarov: "Əliyevin yürütdüyü siyasət Azərbaycanın milli maraqlarına əsaslanır"

"Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır" mövzusunda keçirilən dəyirmi masada çıxış edən politoloq Tofiq Zülfiqarov bildirib ki, Ermənistanla münasibətlərdə baş verən proseslərə yanaşarkə

Patriarx Kirill AB-nin 21-ci sanksiyalar paketinə daxil edilə bilər

Avropa İttifaqının 21-ci sanksiyalar paketinə Rus Pravoslav Kilsəsinin yüksək vəzifəli üzvləri, o cümlədən Patriarx Kirill (əsl adı Vladimir Qundyayev) daxil edilə bilər. KONKRET.azxəbər verir ki, "Politico" nəşr

Azərbaycan-Slovakiya hərbi əməkdaşlığının vəziyyəti müzakirə edildi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinakın dəvəti ilə bu ölkəyə rəsmi səfər edib. Müdafiə Nazirliyindən -

Netanyahudan SENSASİYA: Xamenei sağdır və görün harda gizlənib

İsrailin Baş naziri Benyamin Netanyahu İranın ali dini lideri Müctəba Xameneinin sağ olduğunu və bunkerlərdən birində gizləndiyini iddia edib. Netanyahu bildirib ki, Xameneinin hazırkı vəziyyəti ilə bağlı dəqiq məlumat yoxdur:

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür. xəbər verir ki, Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. O, 1939-cu ildə Naxçıva

"Bir dənə güllə atsaq, onların dabanları parlayacaq" - Prezident

"Bizim Ermənistanı məhv etmək niyyətimiz yox idi, Ermənistanın müstəqilliyini onun əlindən almaq niyyətimiz yox idi". xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Zəngilan şəhərində sakinlərlə görüşdə səsləndirib


son xeberler yeni xeberler azerbaycan xeberleri xeber.az krimnal xeber novruz bayramı