İlham Əliyev: Qara dənizdəki fəaliyyətimizi biz yeni səviyyəyə qaldırdıq
Gəmiqayırma zavodu da son illər ərzində inşa edilmişdi, təqribən 10 il, bəlkə 12 il bundan əvvəl.
Bunu Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə deyib.
Dövlət başçısı qeyd edib ki, əvvəllər biz gəmiləri xaricdən alırdıq və ondan sonra mən qərara gəldim ki, mütləq Bakıda gəmiqayırma zavodu inşa edilməlidir.
"Yenə də həyat göstərir ki, bu, nə qədər düzgün addım idi. Bu gün ənənəvi mənbələrdən, - haradan ki, biz alırdıq, - gəmi almaq mümkün deyil. Biz indi Gəmiqayırma zavodunun tam gücü ilə işləməsinə nail olduq. Hazırda orada altı müxtəlifölçülü gəmi inşa edilir. Paralel olaraq, Qara dənizdəki fəaliyyətimizi biz yeni səviyyəyə qaldırdıq. Əgər vaxtilə Azərbaycanın Xəzər Gəmiçiliyinə mənsub olan kiçikhəcmli gəmilər orada işləyirdi, hazırda dörd böyük tanker, – "Aframax" tipli tanker, - onun yükgötürmə qabiliyyəti 100 min tondur, - alınıb və bu da bizə həm xeyir gətirir, həm də ölkəmizin imkanlarını genişləndirir", - Prezident İlham Əliyev deyib. / azxeber.com
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı
9 ay hamilə olduğunu bilmədi, 5-ci uşağı dünyaya gətirdi