İlham Əliyevin doğum günündə Xırdalanda 3 park istifadəyə verildi- FOTOLAR

İlham Əliyevin doğum günündə Xırdalanda 3 park istifadəyə verildi- FOTOLAR24 dekabr Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin doğum günü ilə əlaqədar Xırdalan şəhərində əsaslı şəkildə yenidən qurulmuş 3 istirahət parkı sakinlərin istifadəsinə verilib. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova parklarda yaradılan şəraitlə tanış olmaq məqsədi ilə əraziyə baxış keçirib.
Azxeber.com xəbər verir ki, RİH başçısına bildirilib ki, Xırdalan şəhəri Heydər Əliyev pospektində yerləşən "Ana və uşaq Parkı"nda əsaslı şəkildə abadlıq işləri aparılıb. Ümumi sahəsi 4917 kv.m olan parka ümumilikdə 1650 kv.m kermoqranit vurulub, 2200 kv.m qazon döşənib və suvarma sistemi çəkilib. Parkın ərazisinə 66 ədəd işıq dirəyi quraşdırılıb, 9 ədəd idman qurğusu, 27 ədəd oturacaq və 45 ədəd zibil qutusu qoyulub. Əraziyə ümumilikdə 1067 kv.m asfalt örtüyü döşənib.
Xırdalan şəhəri M.Ə.Rəsulzadə küçəsindəki "1941- 1945 Müharibəsi Abidəsi"nin yerləşdiyi park da əsaslı şəkildə yenidən qurulub. Ümumi sahəsi 5854 kv.m olan parkın ərazisinə 1560 kv.m kermoqranit vurulub, 4294 kv.m qazon döşənib və suvarma sistemi çəkilib. Qeyd olunan parka 65 işıq dirəyi quraşdırılıb,16 ədəd oturacaq və 30 ədəd zibil qutusu qoyulub.
Bundan əlavə Xırdalan şəhəri Heydər Əliyev pospektində yerləşən "Əlillər binası"nın qarşısında istirahət guşəsi yaradılıb. Belə ki, ümumi sahəsi 3170 kv.m olan istirahət guşəsinə 830 kv.m kermoqranit vurulub,1950 kv.m qazon döşənib və suvarma sistemi çəkilib. Parkın ərazisinə 590 p/m bardyur düzülüb, 35 ədəd işıq dirəyi quraşdırılıb 35 ədəd zibil qutusu qoyulub. Əraziyə ümumilikdə 390 kv.m asfalt örtüyü döşənib.
Qeyd edilib ki, hər 3 parkda sakinlərin dincəlməsi, uşaqların oynaması, gənclərin asudə vaxtlarını səmərəli keçirməsi və yaşlı insanların dincəlməsi üçün bütün lazimi şərait yaradılıb.
Bundan əlavə Xırdalan şəhərində həyata keçirən genişmiqyaslı abadlıq-quruculuq işləri barəsində də məlumat verilib. Qeyd edilib ki, cari ildə şəhərin 16 küçə və prospekti yenidən qurularaq asfalt örütüyü çəkilib. Daha 3 küçədə isə əsaslı şəkildə təmir işləri aparılıb. 2022-ci ildə daha bir neçə küçənin asfaltlanması həyata keçiriləcək.
Xırdalan şəhərinin küçələrinin işqlandırılması istiqamətində də böyük işlər görülüb. Belə ki, Heydər Əliyev Prospektindəki işıq dirəkləri yenisi ilə əvəzlənib. Ümumilikdə əraziyə 89 yeni və müasir standartlara cvavab verən dirək quraşdırılıb. 4200 p/m uzunluğunda kabel xətti çəkilib.
Daha sonra Xırdalan sakinləri ilə görüşən İ.Gülməmmədova onların problemləri və arzuları ilə maraqlanıb. Sakinlər Xırdalan şəhərində həyata keçirilən abadlıq-quruculuq tədbirlərinə, küçələrin asfaltlanmasına və parkların yenidən qurulmasına görə cənab Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər
İlham Əliyevin doğum günündə Xırdalanda 3 park istifadəyə verildi- FOTOLARİlham Əliyevin doğum günündə Xırdalanda 3 park istifadəyə verildi- FOTOLARİlham Əliyevin doğum günündə Xırdalanda 3 park istifadəyə verildi- FOTOLARİlham Əliyevin doğum günündə Xırdalanda 3 park istifadəyə verildi- FOTOLARİlham Əliyevin doğum günündə Xırdalanda 3 park istifadəyə verildi- FOTOLAR

Sosial       Tarix: 24 dekabr 2021
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Azərbaycanda bu məhsullar bahalaşdı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzr

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək


azerbaycan xeberleri yeni xeberler son xeberler hava durumu sonxabar az son xeberler bugun 2026 canli