İlham Əliyevin Oksfordda dediyi sözlər Azərbaycanın Avropa enerji bazarında liderə dönüşdüyünün təsbitidir

İlham Əliyevin Oksfordda dediyi sözlər Azərbaycanın Avropa enerji bazarında liderə dönüşdüyünün təsbitidirBir ölkədən enerji asılılığının artması bu ölkəyə olan etimadın və güvənin göstəricisidir. Eyni zamanda iqtisadi əlaqələrin güclənməsi diplomatik münasibətlərə də ciddi təsir göstərən faktorlardandır. Prezident İlham Əliyevin 2027-ci ilin sonuna qədər Azərbaycanın Avropaya qaz təchizatını iki dəfə artıracağını deməsi bu tezisi bir daha təsdiqləyir. 
Son üç ildə Azərbaycanın Avropaya qaz təchizatını 5 milyard kubmetrə yaxın artırması inkişaf dinamikasının qorunduğunu və artım tempi ilə davam edəcəyindən xəbər verir. Bu isə Azərbaycanın Avropada enerji bazarının diversifikasiyası deməkdir. Əgər mövcud statistikaya nəzər salsaq, görərik ki, Azərbaycan 2021-ci ildə Avropaya 8 milyard kubmetr, 2022-ci ildə 11.4 milyard kubmetr, 2024-cü ildə isə 13 milyard kubmetr qaz ixrac edib. 
Ölkəmizin qaz rezervlərinin çox olması və mövcud infrastrukturun olması ümumixracın da artmasına təsirsiz ötüşmür və 2021-ci ildə ümumi ixrac həcmi 18 milyard kubmetr təşkil edirdisə, bu il 25 milyard kubmetr olması proqnozlaşdırılır. Şübhəsiz ki artmaqda olan bu göstəricilər Azərbaycandan qaz ixrac edən  ölkələrlə davamlı və sabit əməkdaşlıq üçün əsas səbəblərdəndir. Cənub Qaz Dəhlizi layihəsi və onun əsasında interkonnektor layihələr Azərbaycan qazının Avropa ölkələrinə ixrac potensialını artıracaq faktorlardır. Hazırda Azərbaycan təbii qazının ixrac olunduğu 8 ölkədən 5-nin Avropa ölkəsi olması, üçünün isə Aİ-yə daxil olmaq üçün namizəd ölkə olması, Aİ-nin Azərbaycana strateji tərəfdaş kimi verdiyi önəmin göstəricisidir. 
Rəsmi Bakı artan qaz təchizatını 2027-ci ilə qədər ildə 20 milyard kubmetrə çatdırmağı hədəfləyir ki, bunun da öhtəsindən gələcəyi artıq mövcud statistikalardan görünməkdədir. Dövlət başçısının dediyi kimi, bizim sözümüz imzamız kimi keçərlidir. 
Azərbaycanın strateji tərəfdaş kimi etibarını və əzmini görən digər ölkələr də ölkəmizlə tərəfdaşlıqda xüsusi maraqlıdır. 
İtaliyanın hazırda 20 milyard kubmetr təbii qaza ehiyacı var və Azərbaycan bunun 9 milyard kubmetrini qarşılayır. 
Rəsmi Bakı ona uzanan dostluq və təfədaşlıq istəklərini də geri çevirmir. Bunu Sloveniya və Slovakiya kimi ölkələrin nümunəsində görürük. 
Dünyada ilklərə imza atması ilə tanınan Azərbaycan, enerji sahəsində də yeni bir ilkə imza atıb. Bu məsələ barədə danışan dövlət başçısı bildirib ki, 20 il ərzində Azərbaycan tarixdə ilk dəfə olaraq Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən kəmər təşəbbüsü ilə çıxış edib və qonşuları ilə birlikdə onu istismara verib. 
Təbii ki, Azərbaycan qazla bərabər neft də ixrac edir ki, burada da qardaş ölkə olan Türkiyə limanı önəmli rol oynayır. Özəlliklə Aralıq dənizində Ceyhan limanından Azərbaycan neftinin müxtəlif təyinat nöqtələrinə daşınması və xam neftimizdən asılı olan  həssas bölgələrə daşınması xüsusi vurğulanmalıdır. Bu məsələyə də toxunan Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, bəzi ölkələrdə Azərbaycanın xam neftinin istehlakı onların tələbatının 50% və ya daha çoxunu təşkil edir. 
Son üç ildə Cənub Qaz Dəhlizi vasitəsi ilə Avropa ölkələrinə edilən qaz nəqli Azərbaycanı Avropanın etibarlı təfədaşına çevirib və görünən odur ki, bu tərəfdaşlıq növbəti illərdə daha da intensivləşəcək. Dünyanın mövcud geosiyasi durumu və Azərbaycanın qalib dövlət statusu onun sorğusuz tərəfdaş imajını formalaşdırıb. Çünki qaliblər sorğulanmır. Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simsonun dediyi kimi: "Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu "sübuta yetirdi".
Səhər Orucova
Bakı Dövlət Universiteti nəzdində
İqtisadiyyat və Humanitar Kollecinin direktoru / azxeber.com

Siyasi       Tarix: 22 iyul 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. KONKRET.azxəbər verir ki, təbrik məktubunda deyilir:

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

Dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçidinə zəmin yaradan "ASAN xidmət" bu gün yalnız qabaqcıl milli idarəçilik təcrübəsi deyil, həm də beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək

Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımlar regionda geosiyasi rəqabəti yenidən gündəmə gətirir. Baş nazir Nikol Paşinyanın ölkəsinin 2027–2028-ci illərdə Avropa İttifaqına tamhüquqlu üzvlük üçü

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Estoniya Azərbaycanla energetika, təhsil, rəqəmsallaşma və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Tallində iki ölkə arasınd

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli


son xeberler yeni xeberler azerbaycan xeberleri son xəbərlər bugün 2026 xeberler az cəbhədən şad xəbər sonxəbərlər