İlyas Hüseynov: "Azərbaycanın əldə etdiyi uğurlar bütün dünyada müzakirə olunur"
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası öz işini başa çatdırdı. Bakıda təşkil olunan beynəlxalq tədbirə böyük maraq var idi və Azərbaycan təşkilatçılığın öhdəsindən uğurla gəldi.COP29-da müzakirə olunan məsələlər, əldə edilən razılaşmalar iqlim dəyişikliyinə yeni töhvə verəcək.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi İlyas Hüseynov bildirdi ki, COP29-un Azərbaycanda yüksək səviyyədə təşkili böyük uğurdur:
" COP29-la bağlı Azərbaycanın əldə etdiyi uğurlar, tarixi naliyyətlət bütün dünyada müzakirə olunur. Çünki bu qlobal əhəmiyyətli bir tədbir idi. Nəzərə almaq lazımdır ki, səksəndən artıq dövlət və hökumət rəhbərləri, vitse-prezidentlər burada iştirak edirdi. 76 min iştirakçının Azərbaycana təşrif buyurması böyük hadisə idi. Dünyanı maraqlandıran iqlim dəyişiklikləri, qlobal istiləşmə, su ehtiyatlarına əl çatanlığın təmin olunması, ərzaq təhlükəsizliyi kimi məsələlər geniş müzakirə edildi. Eyni zamanda ilk gündən vurğulanan məqam aliyələşmə ilə bağlı idi. Çox gərgin keçən danışıqlardan sonra inkişaf etmiş dövlətlərlə inkişaf etməkdə olan ölkələr arasında ortaq məxrəcə gəlindi. Konsensus tapıldı və bu da onu deməyə əsas verir ki, Azərbaycan böyük bir işin öhdəsindən gələ bildi. İllik 300 milyard dollar həcmində maliyyə vəsaitinin ayrılmasına dair öhdəliklər öz əksini tapdı. 2035-ci ildə 1,3 trilyon maliyələşmə həddi kifayət qədər böyük bir uğurdur. Eyi zamanda Paris iqlim sazişinin 6-cı maddəsinin razılaşdırılması da böyük nəticədir. Qlobal emissiyanın həcminin azaldılmasını nəzərdən keçirilir. Bununla yanaşı qeyd etmək lazımdır ki, itki və zərər fondunun formalaşması, Bakı adaptasiya yol xəritəsinin yaradılması iqlim dəyişmələri üzrə mübarizədə dönüş nöqtəsi hesab oluna bilər".
Vəli Həsənoğlu,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
Ağdamda toyda dava: Xəsarət alan var
Bakıda küçədə meyit tapıldı
Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi
Beş dövlət Xəzər dənizi ilə bağlı yeni qərar verdi
Elza Seyidcahanın şeiri Kərkükdə dərc olundu: "Təyyarə ilə ora gedib, solo konsert verəcəm
Paşinyan TRIPP-lə bağlı məsələyə nöqtə qoydu: İkisi də Azərbaycanda olacaq
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür