İnformasiya məkanımıza qonşu ölkədən müdaxilə olunub – RƏSMİ

İnformasiya məkanımıza qonşu ölkədən müdaxilə olunub – RƏSMİ"Azərbaycan Respublikasının informasiya məkanına qonşu ölkələrdən biri tərəfindən əlaqələndirilmiş şəkildə dezinformasiya və informasiya manipulyasiyası formasında müdaxilələrin edildiyi məlum olub".
KONKRET.az xəbər verir ki, bu barədə Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası açıqlama yayıb.
Bildirilib ki, manipulyativ və koordinə edilmiş təbliğatın əsasən sosial media platformaları üzərindən və müxtəlif dillərdə aparıldığı, o cümlədən ictimai rəyə birbaşa təsir etmək məqsədilə Azərbaycan dilində də xəbər tipli resursların yaradıldığı faktları müəyyən edilib.
"Kampaniyada "Facebook" platformasının Azərbaycan seqmentində fəaliyyət göstərən bəzi səhifələrin "əkizinin" yaradılması metodundan da istifadə olunub. "Nə var, Nə yox?", "Bizim Azərbaycan", "Azerbaijan Daily", "Xəbərlər və Hadisələr", "Yerli media" və sair adlar altında fəaliyyət göstərən səhifələri nümunə kimi göstərmək olar.
Misal olaraq, "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus "Embraer 190" tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən baş vermiş qəza ilə bağlı internet resurslarda kütləvi formada aparılan media kampaniyasının təhlili zamanı hadisənin başvermə səbəbi ilə bağlı reallığı əks etdirməyən yayındırıcı tezislərin "xəbər" resursları və internet botlar (Qeyd: avtomatlaşdırılmış tapşırıqları icra edən proqramlar) tərəfindən klasterlər formasında kütləvi surətdə yayıldığı aşkar olunub.
Digər bir taktika isə, təyyarə qəzası ilə bağlı Azərbaycan Respublikası vətəndaşları arasında çaşqınlıq və dövlət qurumlarına qarşı inamsızlıq yaratmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi adından "deepfake" (Qeyd: süni zəka alətləri ilə yaradılan audiovizual kontent) və təqlidetmə texnologiyalarından istifadə etməklə aparılan qanunsuz kiberfəaliyyətləri göstərmək olar.
Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiya vətəndaşlarımızı diqqətli olmağa çağırır, cəmiyyətimizi məqsədli və zərərli məlumatlardan qorumaq üçün ölkəmizlə bağlı aparılan dezinformasiya kampaniyalarında tətbiq olunan müdaxilə taktikaları, təbliğat formaları və metodları ilə bağlı vaxtaşırı məlumatlar yayır.
Komissiyamız aidiyyəti dövlət qurumları ilə birgə bu cür informasiya əməliyyatlarının qarşısının alınması istiqamətində fəaliyyətini daha da artıracaq", – rəsmi açıqlamada vurğulanıb.

Siyasi       Tarix: 31 yanvar 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

İham Əliyev İliyana Yotovanı təbrik etdi

Prezident lham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovaya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstan Respublikasının Prezident

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov

Asiyada NATO-nun analoqu olan hərbi alyans yaratmaq istəyirlər. axaraz-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Asiyada NATO modelində hərbi-siyasi blokun yaradılması artı


azerbaycan xeberleri son xeberler yeni xeberler xəbərlər cəbhədən görüntülər ən son xəbərlər bugün azerbaycan son xeber bugun