İnsan nəzarətindən çıxan iki tonluq peyk Yerə düşüb - FOTO
İnsan nəzarətindən çıxan iki tonluq peyk Yerə düşüb - FOTO
Təxminən 30 il əvvəl kosmosa buraxılan və artıq insan nəzarətində olmayan "ERS-2" peyki Yerə düşüb.
Oxu.Az-ın məlumatına görə, bu barədə Avropa Kosmik Agentliyindən (ESA) xəbər verilib.
Bildirilir ki, Avropa Məsafədən Zondlama Peyki ("ERS-2") atmosferdən keçərək Sakit okeanın şimal hissəsində batıb.
Həmçinin, agentlik əmin edir ki, peykin materiallarında radioaktiv və zəhərli maddələr yoxdur.
"ERS-2" 1995-ci ilin aprelində kosmosa buraxılıb və 2011-ci ilin sentyabrına qədər fəaliyyət göstərib. Qurğu Yer kürəsi, buzlaqlar və okeanlar haqqında məlumat toplamaq, həmçinin təbii fəlakətlərin təsirlərini izləmək üçün hazırlanmışdı. 2,5 ton ağırlığındakı peyk sərnişin avtobusunun ölçüsündə olub. Yanacaq sərf edildikdən sonra onun kütləsi 2,2 tona qədər azalıb.
Planetin tədqiqi missiyasını başa vurduqdan sonra cihaz təxminən 13 il ərzində tədricən enməyə başlayıb. Bu mərhələdə isə peykdə yanacaq qalmadığı və bütün elektron sistemlər söndüyü üçün o, ESA mütəxəssislərinin nəzarətindən çıxıb.



Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR